Qiymətli kağızlar bazarı mövcud investisiya imkanları

 

Hər bir cəmiyyətdə maliyyə münasibətlərinin əhatə dairəsinin genişləndirilməsində qiymətli kağızlar bazarı böyük rol oynayır. Azərbaycanda da mütəşəkkil qiymətli kağızlar bazarının fəaliyyət göstərməsi ölkə iqtisadiyyatının inkişafının əsas amillərindəndir.

Qiymətli kağızlar bazarının inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar nəticəsində bu gün Azərbaycanda qiymətli kağızlar üzrə milli birja bazarının tarixində ilk dəfə olaraq 2008-ci il ərzində borc qiymətli kağızlarının ümumi həcmi 9,52 milyard manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq göstəricisindən 81 faiz çoxdur. Nəticədə 2008-ci ildə borc bazarının ümumi həcminin ÜDM-ə nisbəti 2007-ci ildəki 19 faizdən 27 faizə yüksəlmişdir.

Səhm bazarının ümumi həcmi isə ötən ilin müvafiq dövrünə nisbətən 80 faiz artaraq 1,7 milyard manata çatmışdır.

Lakin müsbət dəyişikliklərə baxmayaraq, Azərbaycanın qiymətli kağızlar bazarının bu göstəriciləri ümumdünya göstəricilərindən, xüsusilə də inkişaf etmiş ölkələrin müvafiq göstəricilərindən geri qalır. Bu çatışmazlıqların aradan qaldırılması üçün isə bir sıra konkret və məqsədyönlü kompleks tədbirlərin həyata keçirilməsi çox vacibdir. Hazırda ölkəmizin qiymətli kağızlar bazarı öz amorfluğu (formasızlıq) ilə səciyyələnir. Yəni, ilkin və təkrar birja bazarları arasında fərq kifayət qədər müəyyənləşməyib.

Bu məqsədlə fond birjasında struktur dəyişikliklərinin həyata keçirilməsinə ehtiyac var. Yaddan çıxarmaq olmaz ki, birja təkrar bazardır. Dünya təcrübəsindən göründüyü kimi, inkişaf etmiş ölkələrdə birjalar iqtisadiyyatın "barometri" funksiyasını yerinə yetirir. Azərbaycan iqtisadiyyatında həm iri səhmdar-korporativ, həm də kiçik səhmdar sektorların yaranması zamanı fond birjasının tərkibində bir neçə bazarın formalaşması ehtimalı istisna olunmamalıdır. Güclü və böyük şirkət və müəssisələrin səhmləri birjanın əsas bazarında dövr, orta və kiçik müəssisələrin qiymətli kağızları isə aşağı rəqabətqabiliyyətliliyi səbəbindən II və hətta III dərəcəli bazarlarda iştirak edəcək. Respublikamızın fond bazarında belə strukturun indiyədək mövcud olmamasının əsas səbəbi qiymətli kağızlar buraxılışı dövriyyəsinin aşağı olması, eyni zamanda, Qərb ölkələrinin qiymətli kağızları ilə müqayisədə onların müxtəlif sinifləndirmə və modifikasiya imkanlarının olmamasıdır.

Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf etdirilməsinin əsas şərtlərindən biri yerli şirkətlərin ticarət markalarının bir brend kimi formalaşdırılmasıdır. Çünki məhz fond bazarında öz səhmlərini yerləşdirən emitent brendə inam investorlardan ucuz maliyyə vəsaitləri cəlb edə bilər və bu da, öz növbəsində, ümumilikdə fond bazarının dövriyyəsinin artmasına gətirib çıxarar. Eyni zamanda, dünya təcrübəsində olduğu kimi, güclü ticarət markasına sahib olan şirkətlərin səhmləri adi şirkətlərdən fərqli olaraq birja tərəfindən daha baha qiymətləndirilər ki, bu da, öz növbəsində, səhm bazarının kapitallaşmasının artmasına səbəb olar. Belə olan tərzdə kiçik investorların borc qiymətli kağızlara maraqları artar, institusional investorların maraqları qarşılarına qoyduqları strateji vəzifələrdən əhəmiyyətli dərəcədə asılı olar. Ümumiyyətlə, onlar üçün brend şirkətlərin idarə edilməsində iştirak və bununla da gələcəkdə məzənnə artımı nəticəsində qiymətli kağızların yenidən satışından mənfəət əldə etmək vacib amilə çevrilər.

Qiymətli kağızlar bazarının inkişafının digər bir amili isə korporativ idarəetmə sisteminin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsidir. Ölkəmizdə korporativ idarəetmənin tətbiq olunması beynəlxalq təşkilatlarla aparılan danışıqlar zamanı həmişə prioritet mövzu hesab edilib. Çünki bu gün müasir bazar iqtisadiyyatı şəraitində keyfiyyətli idarəetmə sisteminin mövcudluğu investorun diqqətini çəkən əsas amillərdən biridir. Ölkədə korporativ idarəetmənin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüş, qanunvericilik bazası inkişaf etdirilmiş, dövlət təşkilatlarının tənzimləyici funksiyaları təkmilləşdirilmişdir. Bu sahədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən bir sıra normativ aktlar qəbul edilmişdir. Azərbaycanda korporativ idarəetmə layihəsi Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəyi ilə həyata keçirilir.

Azərbaycanda korporativ idarəetmənin inkişaf etdirilməsində bank sistemi əsas rol oynayır. Bundan başqa, səmərəli korporativ idarəetmə səhmdarlar menecerlər arasında yeni qarşılıqlı əlaqə prinsiplərinin qurulması işinin bünövrəsini təşkil edir ki, bu da investisiya yatırılmış kapitalın rentabelliyini artırır. Beynəlxalq təcrübə göstərir ki, investorların dörddə üç hissəsi bu ya digər müəssisəyə investisiya qoymaq üçün qərar qəbul edərkən müəssisənin maliyyə göstəricilərindən çox direktorlar şurasının fəaliyyətinə böyük önəm verirlər.

Bütün bunlarla yanaşı, qiymətli kağızlar bazarında yeni maliyyə alətləri yer tapmalıdır.

Belə olan halda birincisi, dövlət borc qiymətli kağızlarının növləri genişlənər nəticədə yaxın gələcəkdə aşağıdakılar baş verər:

- müəyyən olunmuş infrastruktur proqram layihələrin maliyyələşdirilməsi məqsədilə infrastruktur istiqrazlarının buraxılışı. Belə ki, bir çox infrastruktur layihələri bütövlükdə dövlət büdcəsi hesabına həyata keçirmək məqsədəuyğun deyil. Bu baxımdan istiqrazlar buraxmaqla infrastruktur layihəsinə investorların cəlb edilməsi məqsədəuyğundur. Dünya təcrübəsində infrastruktur istiqrazların əsasən iki korporativ infrastruktur məqsədli bələdiyyə istiqrazları növü vardır.

Ölkə iqtisadiyyatının ahəngdar fəaliyyətinin təşkilində əhalinin dinamikliyinin təmin edilməsində nəqliyyat mühüm infrastruktur sahədir. Bu baxımdan "Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı"nın qəbul edilməsi proqramın maliyyələşdirliməsində xarici investisiyalar qoyuluşu xüsusilə diqqəti cəlb edir.

Bununla yanaşı, bu gün respublikamızda idmana göstərilən xüsusi qayğı nəticəsində Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən tikinti-quruculuq böyük vüsət alıb. Bu iki amili nəzərə alaraq, fikrimizcə, ölkənin nəqliyyat infrastrukturunun yaxşılaşdırılması gələcəkdə Azərbaycanda böyük idman yarışlarının keçirilməsi ilə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsində infrastruktur istiqraz modelinin tətbiq edilməsi məqsədəuyğun olardı. Bu isə həm qiymətli kağızlar bazarının inkişafına əhalinin fərdi investor kimi formalaşmasına müsbət təsir göstərərdi.

Digər mühüm məsələ daşınmaz əmlakla təmin edilmiş təminatlı ipoteka istiqrazlarının buraxılışıdır. Təkrar ipoteka kreditlərinin ən böyük bazarı olan ABŞ-da ipoteka agentlikləri daşınmaz əmlakın təminatı əsasında qiymətli kağız buraxaraq öz borc öhdəliklərini investorlara satır satışdan əldə edilən vəsaitlər banklar tərəfindən verilmiş ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsinə yönəldilir. Bu gün Azərbaycanda həmin funksiyanı Prezidentin fərmanı ilə yaradılmış Cənubi Qafqazda ilk dəfə olaraq ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsini həyata keçirən Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fondu yerinə yetirir. Bu məqsədlə 2009-cu il mayın 29-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən İpoteka Fondunun təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydiyyata alınmışdır. İpoteka qiymətli kağızlar bazarının inkişaf etməsi isə, öz növbəsində, respublikamızda qiymətli kağızların həm ilkin, həm təkrar bazarının inkişafına müsbət təsir göstərəcək.

İkincisi bazara yeni iri qrup emitentlərin - bələdiyyələrin qoşulmasıdır. Onlar da geniş əhali kütləsi üçün borc qiymətli kağızları buraxa, cəlb olunmuş vəsaitləri bələdiyyə proqramlarının reallaşmasında istifadə edə bilərlər. Bu gün regionlarda sosial-iqtisadi inkişafa nail olmağın ən vacib amillərindən biri məhz yeni maliyyələşmə aləti olan bələdiyyə qiymətli kağızlarının buraxılmasıdır.

Azərbaycanda fond bazarının formalaşması bir sıra problemlərlə üzləşmişdir bazarın inkişafı üçün onlar aradan qaldırılmalıdır. Bunun üçün aşağıdakıları təklif edirik:

- ilkin bazarda istiqrazların yerləşdirilməsinin əsas institutu kimi investisiya bankları investisiya fondları çıxış etməlidir. İnvestisiya fondları haqqında hazırlanan qanuna fondların iki növü (səhmdar paylı investisiya fondları) daxil olunub. Qeyd etmək lazımdır ki, hazırda inkişaf edən bazarlarda əsasən paylı investisiya fondları (PİF) geniş yayılıb. PİF-in əsas fəaliyyəti fərdi investorlara payların satışından əldə olunan maliyyə vəsaitlərinin müxtəlif qiymətli kağızların digər aktivlərin alınmasına yönəldilməsindən ibarətdir;

- ölkədə beynəlxalq daxili mühitə uyğun investisiya siyasətinin konseptual konturları müəyyənləşdirilməklə milli maraqlara cavab verən qiymətli kağızlar bazarı konsepsiyası işlənib hazırlanmalıdır;

- borc qiymətli kağızlarına vəsait yatıran yerli xarici investorlar üçün vergi stimulunun genişləndirilməsi bu sahədə mövcud dünya təcrübəsindən istifadə edilməlidir;

- Azərbaycan qiymətli kağızlar bazarının rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədilə dövriyyədə olan investisiya resurslarının həcminin artırılması, həmçinin MDB, Mərkəzi Asiya digər yaxın qonşu dövlətlərdə buraxılan maliyyə vasitələri üçün Bakıda beynəlxalq qiymətli kağızlar bazarının formalaşdırılmasına istiqamətlənmiş tədbirlər proqramı həyata keçirilməlidir.

Konkret olaraq "Euronext" birja timsalında Bakıda fəaliyyət göstərəcək regional yaxud beynəlxalq fond birjası yaradılmalıdır;

- bazar riskləri haqqında informasiya açıqlanmalı, qiymətli kağızlar bazarında ticarətin həyata keçirilməsi üzrə etik prinsiplər işlənib hazırlanmalıdır;

- investorların maarifləndirilməsi, həmçinin investisiya korporativ idarəetmə mədəniyyətinin formalaşdırılması üzrə dövlət proqramları işlənib hazırlanmalı reallaşdırılmalıdır;

- qiymətli kağızlar bazarı vasitəsilə real sektora yönəldilən investisiyaların stimullaşdırılması baxımından qiymətli kağızlar bazarı tənzimlənməlidir;

- Azərbaycan iqtisadiyyatında mülkiyyətin diversifikasiya edilməsi, orta sinfin formalaşdırılması prosesində kütləvi investisiya modelinə keçilməlidir;

- təsnifləşdirilmiş qiymətli kağızlar bazarı kateqoriyasına keçməklə Azərbaycanın qiymətli kağızlar bazarının inkişaf etməkdə olan bazar kateqoriyasına daxil olması üçün səhm bazarının kapitallaşması ÜDM-in 30-40 faizinə çatdırılmalıdır. Bu isə, öz növbəsində, müasir Azərbaycan qiymətli kağızlar bazarı həcminin 8-10 dəfə artırılması deməkdir.

Bununla yanaşı, bu gün Azərbaycan qiymətli kağızlar bazarında xarici investorların fəaliyyəti ölkə iqtisadiyyatının inkişaf etdirilməsində ən vacib amillərdən biridir. Azərbaycan fond bazarında bir sıra problemlərin olmasına baxmayaraq, xarici investorlar beynəlxalq qurumlar kapital yatırılması imkanları baxımından Azərbaycan bazarını kifayət qədər perspektivli bazar hesab edirlər ki, bu da ölkədə əlverişli investisiya mühiti ilə əlaqədardır.

Həqiqətən Azərbaycanda mütəmadi olaraq qanunvericilik iqtisadi xarakterli tədbirlər həyata keçirilir, qiymətli kağızlar bazarının inkişafı ilə əlaqədar xarici beynəlxalq qurumlarla daim aparılır, beynəlxalq təcrübə öyrənilir.

Bu gün ölkədə 2000-ə yaxın səhmdar cəmiyyəti fəaliyyət göstərir onların minlərlə səhmdarı var. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi isə səhmdarların hüquqlarını qoruyan yeganə mərkəzi icra orqanıdır. Bu baxımdan ölkədə qiymətli kağızlar bazarının inkişaf etdirilməsi kompleks xarakter daşıyır müsbət dəyişikliklərin əldə edilməsi üçün peşəkar iştirakçıların tənzimləyici orqanların səylərinin birləşdirilməsi çox vacibdir.

 

 

Ramil HACIYEV,

Azərbaycan Dövlət İqtisad

Universitetinin aspirantı

 

Azərbaycan.- 2009.- 21 iyun.- S. 4.