YAP Xətai rayon
təşkilatında bələdiyyə
seçkilərinə hazırlıq
məsələləri müzakirə
olunmuşdur
İyunun 20-də Yeni Azərbaycan
Partiyasının (YAP) Xətai rayon təşkilatında bələdiyyə
seçkilərinə hazırlıqla bağlı tədbir
keçirilmişdir.
İki yüz əlli nəfər
partiya üzvünün qatıldığı iclasda Xətai
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov
ötən il keçirilmiş prezident seçkilərinin və
bu ilin mart ayında baş tutmuş ümumxalq səsverməsinin
(referendum) yekunlarından və bələdiyyə sekilərinə
hazırlıqla bağlı qarşıda duran vəzifələrdən
danışmışdır. Bildirmişdir ki, seçkinin
mütəşəkkil, demokratik qaydalara uyğun və şəffaf
keçirilməsi məqsədi ilə dairə və məntəqə
seçki komissiyalarının yerləşdikləri binalarda
normal iş şəraiti yaradılır. Bütün məntəqələrdə
veb-kameralar quraşdırılmışdır. Rayon ərazisində
123 seçki məntəqəsi tam təmir olunmuşdur.
Qarşıdakı
seçkilərdə partiyanın üzərinə
düşən vəzifələrdən danışan YAP Xətai
rayon təşkilatının sədri Hüseynbala Mirələmov
bildirmişdir ki, hazırda dairə seçki
komissiyalarında seçici siyahılarının dəqiqləşdirilməsi
istiqamətində işlər aparılır. İndiyədək
169 minə yaxın seçici siyahıya
alınmışdır. Bu da rayon əhalisinin 67 faizini təşkil
edir.
Tədbirdə
çıxış edən YAP sədrinin müavini - icra
katibi, Milli Məclisin deputatı Əli Əhmədov
bildirmişdir ki, Prezident İlham Əliyevin həyata
keçirdiyi dövlət əhəmiyyətli proqramlar
ölkənin sosial durumunu gündən-günə
yaxşılaşdırır. Hazırda partiyanın üzvlərinin
sayının artması bunun bariz nümunəsidir.
Sonda rayonun partiya fəallarına
diplomlar, bir qrup şəxsə isə üzvlük vəsiqəsi
təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 21 iyun.- S. 3.