Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş  fövqəladə və səlahiyyətli səfiri Paulo Antonionun etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Paulo Antonionun etimadnaməsini qəbul etmişdir.

Səfir Paulo Antonio Prezident sarayında fəxri qarovul dəstəsinin qarçısından keçdi

Paulo Antonio etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Braziliyanın ölkəmizdə səfirinin təyin olunmasını Azərbaycanla Braziliya arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi qiymətləndirdi. Prezident İlham Əliyev ölkələrimizin əlaqələrinin inkişafı üçün geniş imkanların olduğunu dedi və bundan istifadə etməyin vacibliyini vurğuladı.

Səfir Paulo Antonio ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi-iqtisadi sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu söylədi və respublikamızdakı diplomatik fəaliyyəti müddətində əlaqələrimizin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan- 2009.- 23 iyun.- S. 1.