Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də
Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri xanım
Ann Dersi diplomatik fəaliyyətinin başa çatması
münasibətilə qəbul etmişdir.
Dövlətimizin
başçısı ölkələrimiz arasında ikitərəfli
əlaqələrin müxtəlif sahələrdə
uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev
xanım Ann Dersin ölkəmizdə səfir kimi fəaliyyəti
dövründə Azərbaycan–ABŞ ikitərəfli
münasibətlərinin inkişafına öz töhfəsini
verdiyini bildirdi və gələcək fəaliyyətində
ona müvəffəqiyyətlər arzuladı. Dövlətimizin
başçısı ölkələrimiz arasında əməkdaşlığın
bundan sonra da genişlənəcəyinə əminliyini ifadə
etdi.
Xanım Ann Ders
ABŞ-Azərbaycan əlaqələrinin hər iki ölkə
üçün mühüm əhəmiyyət kəsb
etdiyini dedi. O, bu əlaqələrin bütün istiqamətlərdə
daha da gücləndirilməsi üçün səyləri
davam etdirməyin zəruriliyini vurğuladı. Diplomat Azərbaycandakı
üç illik fəaliyyəti dövründə əlaqələrimizin
yeni sahələrinin müəyyən edilməsinə
çalışdığını bildirdi.
AzərTAc
Azərbaycan.- 2009.- 23 iyun.- S. 1.