Azərbaycan Respublikasının bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:

1.1. Abdurəhmanlı İsmayıl Xudaverdi oğlu Şamaxı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin;

1.2. Mürsəlov Rufan Kamil oğlu Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi təyin edilsin.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 112-ci maddəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:

2.1. Cəbiyev Elnur Muxtar oğlu Astara Rayon Məhkəməsinin sədri və həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Neftçala Rayon Məhkəməsinin hakimi təyin edilsin;

2.2. Fəttahov İbrahim Bağır oğlu Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri və həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bərdə Rayon Məhkəməsinin hakimi təyin edilsin.

3. Müəyyən edilsin ki, bu sərəncamın 1.2-ci, 2.1-ci və 2.2-ci bəndlərində göstərilən hakimlərin səlahiyyət müddəti “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun keçid müddəalarının 8-ci bəndinə uyğun olaraq müəyyən olunur.

 

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2009-cu il

 

Azərbaycan.- 2009.- 23 iyun.- S. 2.