Saxta ya keyfiyyətsiz malların idxal edilməsinə, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, I kitab, maddə 584; 2001-ci il, ¹1, maddə 24, ¹ 3, maddə 139, ¹ 7, maddə 455, ¹11, maddələr 680, 698, ¹12, maddə 731; 2002-ci il, ¹1, maddə 9, ¹4, I kitab, maddə 165, ¹ 5, maddələr 234, 237, 239,  ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹12, maddə 692; 2003-cü il, ¹1, maddələr 3, 13, 23, ¹4, maddələr 177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹8, maddələr 407, 425, ¹12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, ¹1, maddələr 6, 7, 10, 13, ¹4, maddələr 200, 201, 204, ¹5, maddələr 313, 314, 317, 321, ¹6, maddə 397, ¹8, maddələr 596, 597, ¹10, maddələr 762, 779, ¹11, maddə 900, ¹12, maddə 973; 2005-ci il, ¹1 maddələr 5, 6, ¹2, maddə 61, ¹4, maddələr 272, 273, 275, 278, ¹6, maddələr 462, 466, ¹7, maddə 576, ¹8, maddələr 691, 692, ¹10, maddələr 875, 877, 904, ¹11, maddələr 993, 994, 995, ¹12, maddələr 1083, 1085; 2006-cı il, ¹2, maddələr 64, 68; ¹3, maddələr 219, 220, 223, 225, ¹5, maddə 385, ¹6, maddə 478; ¹11, maddələr 923, 924, 932, ¹12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹1, maddələr 3, 4, ¹2, maddələr 65, 68, ¹5, maddələr 397, 398, 401, 440, ¹6, maddələr 560, 561, 562, 579; ¹ 8, maddə 757; ¹10, maddələr 935, 936, 938, 940; ¹11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091; ¹12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, ¹2, maddə 47, ¹3, maddələr 146, 152, 158, 159, ¹4, maddə 249, ¹5, maddə 340, ¹6, maddələr 454, 460, 461, 464, ¹7, maddələr 601, 602, 605, ¹8, maddələr 699, 701, ¹10, maddələr 884, 885; ¹ 11, maddələr 956, 957, ¹ 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, ¹ 2, maddələr 36, 45, 49, 52, 53; Azərbaycan Respublikasının 2009-cu il 28 aprel tarixli 804-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 228-1-ci maddə əlavə edilsin:

"Maddə 228-1. Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi

Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə -

saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min manatdan iki min manatadək, hüquqi şəxslər dörd min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.";

2. 261.2-ci maddənin sanksiyasında "beş manatdan on manatadək" sözləri "iyirmi manatdan əlli manatadək" sözləri ilə, "on manatdan otuz manatadək" sözləri "yetmiş manatdan yüz manatadək" sözləri ilə, "əlli manatdan yüz manatadək" sözləri "yüz əlli manatdan iki yüz əlli manatadək" sözləri ilə əvəz edilsin;

3. 263-cü maddənin sanksiyasında "beş manatdan on manatadək" sözləri "iyirmi manatdan əlli manatadək" sözləri ilə, "on beş manatdan otuz beş manatadək" sözləri "yüz manatdan iki yüz manatadək" sözləri ilə, "əlli manatdan yüz on manatadək" sözləri "iki yüz əlli manatdan beş yüz manatadək" sözləri ilə əvəz edilsin;

4. 264-cü maddənin sanksiyasında "beş manatdan on manatadək" sözləri "iyirmi manatdan əlli manatadək" sözləri ilə, "on manatdan qırx manatadək" sözləri "yetmiş manatdan yüz manatadək" sözləri ilə, "qırx manatdan yüz manatadək" sözləri "iki yüz əlli manatdan beş yüz manatadək" sözləri ilə əvəz edilsin;

5. 266.1-ci maddənin sanksiyasında "beş manatdan on manatadək" sözləri "iyirmi manatdan əlli manatadək" sözləri ilə, "on manatdan qırx manatadək" sözləri "yetmiş manatdan yüz manatadək" sözləri ilə, "otuz manatdan yüz manatadək" sözləri "iki yüz əlli manatdan beş yüz manatadək" sözləri ilə əvəz edilsin;

6. 266.2-ci maddənin sanksiyasında "on manatdan qırx manatadək" sözləri "yetmiş manatdan yüz manatadək" sözləri ilə əvəz edilsin;

7. 267-ci maddənin sanksiyasında "beş manatdan on manatadək" sözləri "iyirmi manatdan əlli manatadək" sözləri ilə, "on beş manatdan əlli manatadək" sözləri "yüz manatdan iki yüz manatadək" sözləri ilə, "iyirmi manatdan yüz manatadək" sözləri "iki yüz əlli manatdan beş yüz manatadək" sözləri ilə əvəz edilsin;

8. 268-ci maddənin sanksiyasında "beş manatdan on manatadək" sözləri "iyirmi manatdan əlli manatadək" sözləri ilə, "on manatdan əlli manatadək" sözləri "yetmiş beş manatdan yüz əlli manatadək" sözləri ilə, "otuz manatdan yüz manatadək" sözləri "iki yüz əlli manatdan beş yüz manatadək" sözləri ilə əvəz edilsin;

9. 269-cu maddənin sanksiyasında "beş manatdan iyirmi beş manatadək" sözləri "əlli manatdan yüz manatadək" sözləri ilə, "on manatdan əlli manatadək" sözləri "yetmiş beş manatdan yüz əlli manatadək" sözləri ilə, "əlli manatdan yüz manatadək" sözləri "iki yüz əlli manatdan beş yüz manatadək" sözləri ilə əvəz edilsin;

10. 270-ci maddənin sanksiyasında "beş manatdan yeddi manatadək" sözləri "iyirmi manatdan əlli manatadək" sözləri ilə, "on manatdan əlli manatadək" sözləri "yetmiş beş manatdan yüz əlli manatadək" sözləri ilə, "otuz manatdan yüz manatadək" sözləri "iki yüz əlli manatdan beş yüz manatadək" sözləri ilə əvəz edilsin;

11. 272-ci maddənin sanksiyasında "on manatdan on beş manatadək" sözləri "əlli manatdan yüz manatadək" sözləri ilə, "on beş manatdan qırx beş manatadək" sözləri "yüz manatdan iki yüz manatadək" sözləri ilə, "əlli manatdan yüz əlli manatadək" sözləri "iki yüz əlli manatdan beş yüz manatadək" sözləri ilə əvəz edilsin;

12. 273-cü maddənin sanksiyasında "beş manatdan on beş manatadək" sözləri "iyirmi manatdan əlli manatadək" sözləri ilə, "on beş manatdan qırx manatadək" sözləri "yüz manatdan iki yüz manatadək" sözləri ilə, "qırx manatdan yüz manatadək" sözləri "iki yüz əlli manatdan beş yüz manatadək" sözləri ilə əvəz edilsin;

13. 274-cü maddənin sanksiyasında "beş manatdan on beş manatadək" sözləri "iyirmi manatdan əlli manatadək" sözləri ilə, "on beş manatdan əlli manatadək" sözləri "yüz manatdan iki yüz manatadək" sözləri ilə, "otuz manatdan yüz manatadək" sözləri "iki yüz əlli manatdan beş yüz manatadək" sözləri ilə əvəz edilsin;

14. 275-ci maddənin sanksiyasında "beş manatdan on manatadək" sözləri "iyirmi manatdan əlli manatadək" sözləri ilə, "on manatdan qırx manatadək" sözləri "yetmiş manatdan yüz manatadək" sözləri ilə, "otuz beş manatdan yüz manatadək" sözləri "iki yüz əlli manatdan beş yüz manatadək" sözləri ilə əvəz edilsin;

15. 276-cı maddənin sanksiyasında "beş manatdan on manatadək" sözləri "iyirmi manatdan əlli manatadək" sözləri ilə, "iyirmi manatdan altmış manatadək" sözləri "yüz manatdan yüz əlli manatadək" sözləri ilə əvəz edilsin;

16. 277-ci maddənin sanksiyasında "iyirmi manatdan yetmiş manatadək" sözləri "yüz əlli manatdan iki yüz əlli manatadək" sözləri ilə əvəz edilsin;

17. 279-cu maddənin sanksiyasında "on manatdan iyirmi manatadək" sözləri "əlli manatdan yüz manatadək" sözləri ilə, "iyirmi manatdan qırx beş manatadək" sözləri "yüz manatdan yüz əlli manatadək" sözləri ilə, "əlli manatdan yüz manatadək" sözləri "iki yüz əlli manatdan beş yüz manatadək" sözləri ilə əvəz edilsin;

18. 281-ci maddənin sanksiyasında "beş manatdan iyirmi manatadək" sözləri "əlli manatdan yüz manatadək" sözləri ilə, "iyirmi manatdan əlli manatadək" sözləri "yüz manatdan iki yüz əlli manatadək" sözləri, "əlli manatdan yüz manatadək" sözləri "iki yüz əlli manatdan beş yüz manatadək" sözləri ilə əvəz edilsin;

19. 283-cü maddənin sanksiyasında "on manatdan iyirmi manatadək" sözləri "əlli manatdan yüz manatadək" sözləri ilə, "iyirmi manatdan əlli beş manatadək" sözləri "yüz manatdan iki yüz əlli manatadək" sözləri ilə, "əlli manatdan yüz manatadək" sözləri "iki yüz əlli manatdan beş yüz manatadək" sözləri ilə əvəz edilsin;

20. 293-1-ci maddənin sanksiyasında "otuz beş manatdan qırx manatadək" sözləri "yüz əlli manatdan iki yüz əlli manatadək" sözləri ilə, "səksən manatdan doxsan manatadək" sözləri "üç yüz manatdan beş yüz manatadək" sözləri ilə, "iki yüz manatdan üç yüz manatadək" sözləri "min manatdan üç min manatadək" sözləri ilə əvəz edilsin;

21. 294.1-ci maddənin sanksiyasında "yüz manatdan iki yüz manatadək" sözləri "üç yüz əlli manatdan beş yüz manatadək" sözləri ilə əvəz edilsin;

22. 294.2-ci maddənin sanksiyasında "iyirmi manatdan altmış manatadək" sözləri "yüz manatdan iki yüz manatadək" sözləri ilə, "əlli manatdan yüz manatadək" sözləri "iki yüz əlli manatdan beş yüz manatadək" sözləri ilə əvəz edilsin;

23. 295.1-ci maddənin sanksiyasında "əlli manatdan iki yüz manatadək" sözləri "üç yüz manatdan beş yüz manatadək" sözləri ilə əvəz edilsin;

24. 295.2-ci maddənin sanksiyasında "iyirmi manatdan altmış manatadək" sözləri "yüz manatdan iki yüz manatadək" sözləri ilə, "yüz manatdan yüz əlli manatadək" sözləri "üç yüz manatdan beş yüz manatadək" sözləri ilə əvəz edilsin;

25. 326-cı maddənin sanksiyasında "on manatdan əlli manatadək" sözləri "yetmiş beş manatdan yüz əlli manatadək" sözləri ilə əvəz edilsin.

26. 360.1-ci maddədə "224" rəqəmindən sonra ", 228-1" rəqəmi əlavə edilsin.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 may 2009-cu il

 

Azərbaycan.- 2009.- 24 iyun.- S. 1.