Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər əlavələr edilməsi haqqında

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə 17, ¹ 5, maddə 323; 2002-ci il, ¹ 5, maddə 236; 2003-cü il, ¹ 1, maddələr 23, 24, ¹ 6, maddə 279; 2004-cü il, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə 761; 2005-ci il, ¹ 4, maddələr 277, 278; 2006-cı il , ¹ 2, maddə 64, ¹ 12, maddə 1006; 2007-ci il, ¹ 1, maddələr 3, 4, ¹ 2, maddə 68, ¹ 5, maddə 439, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə 756; 2008-ci il, ¹ 6, maddə 462, ¹ 7, maddə 602, ¹ 12, maddə 1046) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 10.9-cu maddə çıxarılsın;

2. Aşağıdakı məzmunda 14.5-ci maddə əlavə edilsin:

"14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər.";

3. 19.2.2-ci maddədə "birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə" sözləri "qohumudursa və ya qohumu olmuşsa" sözləri ilə əvəz edilsin;

4. 19.3-cü maddədə "qohumluq əlaqəsində" sözləri "qohum" sözü ilə əvəz edilsin;

5. 19-cu maddəyə aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilsin:

"Qeyd: Bu Məcəllədə "qohum" dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürənlər, nəvələr aiddirlər.";

6. 3-cü fəslin adında "Aidiyyət" sözü "Məhkəmə aidiyyəti" sözləri ilə əvəz edilsin;

7. 26.1-ci maddədə "şəxslərlə" sözü "şəxslər" sözü ilə əvəz edilsin;

8. 32.1-ci maddədə "iddia qaldıra" sözləri "ərizə verə" sözləri ilə əvəz edilsin;

9. 32.4-cü maddədə "hakim" sözündən sonra "işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə" sözləri əlavə edilsin;

10. 32.5-ci maddədə "15" rəqəmi "10" rəqəmi ilə əvəz edilsin;

11. Məcəlləyə aşağıdakı məzmunda 32.6-cı və 32.7-ci maddələr əlavə edilsin:

"32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir.

32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.";

12. 4-cü fəslin və 33-cü maddənin adında "Məhkəmə" sözü "Ərazi" sözü ilə əvəz edilsin;

13. 34-cü maddənin adı aşağıdakı redaksiyada verilsin:

"Maddə 34. Mülki işlərə birinci instansiya üzrə baxan məhkəmələr"

14. 36-cı maddədə:

14.1. 36.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"36.4. Azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə qarşı nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.";

14.2. 36.13-cü maddədə "bu maddəyə" sözləri "bu Məcəllənin 36.1-36.12-ci maddələrinə" sözləri ilə əvəz edilsin;

15. 40.4-cü maddədə "bu maddənin" sözləri "bu Məcəllənin 40.1-40.3-cü maddələrinin" sözləri ilə əvəz edilsin;

16. 43-cü maddədə:

16.1. 43.1-ci maddəyə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

"Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir.";

16.2. 43.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər.";

17. 45.2-ci maddədə "5" rəqəmi "10" rəqəmi ilə əvəz edilsin;

18. 54.1-ci maddədən ", işi xitam etmədən" sözləri çıxarılsın;

19. 54.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.";

20. 54.3-cü maddə çıxarılsın;

21. 56-cı maddə çıxarılsın;

22. 57.2-ci maddədən "və ya barışıq sazişi bağlamaq" sözləri çıxarılsın;

23. 63.4-cü maddədə "qəsdən" sözü "bilə-bilə" sözləri ilə əvəz edilsin;

24. 65.6-cı maddədə "səhv" sözü "yanlış" sözü ilə əvəz edilsin;

25. 67-ci maddə aşağıdakı redaksiyada verilsin:

"67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.

67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.";

26. 74.2-ci maddədə "təmin" sözü "etiraf" sözü ilə əvəz edilsin;

27. 82.2-ci maddə çıxarılsın;

28. 82.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir."

29. 98.3-cü maddədə "qəsdən" sözü "bilə-bilə yalan" sözləri ilə əvəz edilsin;

30. 119.5-ci maddədə "bu maddədə" sözləri "bu Məcəllənin 119.1-119.4-cü maddələrində" sözləri ilə əvəz edilsin;

31. 11-ci fəslin adı aşağıdakı redaksiyada verilsin:

"Fəsil 11. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi. Məhkəmə bildirişləri"

32. 134.1-ci maddədə "sənədləri" sözü "məhkəmə sənədlərini" sözləri ilə əvəz edilsin;

33. 134.1.4-cü maddədə "çağırışını" sözü "bildirişini" sözü ilə əvəz edilsin;

34. 134.2-ci maddədə "sənədləri də" sözləri "məhkəmə sənədlərini də rəsmi qaydada" sözləri ilə əvəz edilsin;

35. 135-140-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi

135.1. Bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.

135.5. Bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

Maddə 136. Qəbzin məzmunu

136.0. Bu Məcəllənin 135-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir:

136.0.1. məhkəmənin adı və ünvanı;

136.0.2. məhkəmə sənədlərinin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan;

136.0.3. verilən məhkəmə sənədinin adı;

136.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri;

136.0.5. məhkəmə sənədinin verilməməsinin səbəbləri (almaqdan imtina, göstərilən ünvanda olmama, səhv ünvan və sair);

136.0.6. məhkəmə sənədinin verildiyi şəxs;

136.0.7. məhkəmə sənədinin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası.

Maddə 137. Məhkəmə sənədlərini qəbul etməkdən imtina

137.1. Məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur.

137.2. Ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur.

137.3. Məhkəmə bildirişinin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir.

137.4. Məhkəmə bildirişinin ünvanlandığı şəxs tərəfindən həmin sənədləri qəbul etməkdən imtina edilməsi işə baxılması üçün və ya ayrı-ayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir.

Maddə 138. Məhkəmə bildirişləri

138.1. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir.

138.2. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar.

138.3. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir.

138.4. Zərurət olduqda və qanunla nəzərdə tutulmuş hallarda işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları məhkəmə bildirişinin məzmununun ötürülməsini təmin edən rabitə vasitələrindən istifadə edilməklə, eləcə də məhkəmənin tapşırığı ilə məhkəmə işçisi tərəfindən xəbərdar edilə, yaxud çağırıla bilərlər.

Maddə 139. Məhkəmə bildirişinin məzmunu

139.1. Məhkəmə bildirişi məhkəmənin rəsmi sənədi olmaqla müvafiq qaydada təsdiq olunmuş formada tərtib edilir.

139.2. Məhkəmə bildirişində aşağıdakılar göstərilməlidir:

139.2.1. məhkəmənin adı, ünvanı və əlaqə üçün məlumatlar (indeks, telefon, faks və s.);

139.2.2. gəlmə vaxtı (tarix və saat) və yeri;

139.2.3. xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı;

139.2.4. xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin yerləşdiyi ünvan;

139.2.5. ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya çağırılması;

139.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin adı;

139.2.7. işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsinə dair təklif;

139.2.8. ünvan sahibinin olmadığı təqdirdə məhkəmə bildirişini qəbul edən şəxsin imkan olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə dair qeyd;

139.2.9. xəbər verilən və ya çağırılan şəxsin məhkəməyə gəlməməsinin nəticələrinə və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat vermək vəzifəsinə dair qeyd.

Maddə 140. Məhkəmə sənədinin ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtinaya və ya səhlənkarlıq nəticəsində çatdırılmamasına görə məsuliyyət

Məhkəmə sənədini ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina edən və ya onu səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan orqanlar, vəzifəli şəxslər, yaxud məhkəmə sənədinin çatdırılması tapşırılmış digər şəxslər bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulmuş qaydada iyirmi manat miqdarında cərimə edilir.";

36. 141-145-ci maddələr çıxarılsın;

37. 146-cı maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.";

38. 147-ci maddədə "çağırış vərəqəsini" sözləri "məhkəmə bildirişini" sözləri ilə, "çağırış vərəqəsi" sözləri "məhkəmə bildirişi" sözləri ilə əvəz edilsin;

39. 149.2.3-cü maddədən "qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif," sözləri çıxarılsın;

40. 153.4-cü maddədə "verilməli və ya göndərilməlidir" sözləri "rəsmi qaydada verilməlidir" sözləri ilə əvəz edilsin;

41. 154.2.3-cü maddədən "qanuna və digər normativ hüquqi aktlara, həmçinin" sözləri çıxarılsın;

42. 168-ci maddədə:

42.1. maddənin adında "göndərilməsi" sözü "rəsmi qaydada verilməsi" sözləri ilə əvəz edilsin;

42.2. 168.1-ci maddənin birinci cümləsində "iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdehə göndərir və ya təqdim edir" sözləri "iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsini təmin edir" sözləri ilə əvəz edilsin;

42.3. 168.2-ci maddənin birinci cümləsində "cavabdehə" sözündən, ikinci cümləsində isə "sənədlərin" sözündən sonra "rəsmi qaydada" sözləri əlavə edilsin;

43. 169.4-cü maddədə "Bu maddədə" sözləri "Bu Məcəllənin 169.1-169.3-cü maddələrində" sözləri ilə əvəz edilsin;

44. 170.3-cü maddədə "Bu maddədə" sözləri "Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində" sözləri ilə əvəz edilsin;

45. 172.1-ci maddədə "qətnamə" sözü "həmin işin həllinə dair qətnamə və ya qərardad" sözləri ilə əvəz edilsin;

46. 172.3-cü maddədə "qətnamə" sözü "onların həllinə dair qətnamə və ya qərardad" sözləri ilə əvəz edilsin;

47. 176.5-ci maddənin birinci cümləsində "və ya maqnitofon yazısından" sözləri ", həmçinin məhkəmənin icazəsi ilə kompüterdən istifadə etməklə" sözləri ilə əvəz edilsin və ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

"Məhkəmə iclasında qeydlərin səsyazan vasitələrdən istifadə etməklə aparılmasına, habelə kino və fotoçəkilişə, videoyazıya, canlı yayıma (o cümlədən mobil rabitə vasitələri ilə) işdə iştirak edən şəxslərin rəyi nəzərə alınmaqla məhkəmənin icazəsi ilə yol verilir.";

48. 179.1-ci maddədə "çağırış vərəqələrinin" sözləri "məhkəmə bildirişlərinin" sözləri ilə əvəz edilsin;

49. 185.2-ci maddədə "çağırış vərəqəsi" sözləri "məhkəmə bildirişi" sözləri ilə əvəz edilsin;

50. 185.7-ci maddə çıxarılsın;

51. 191.1-ci maddənin ikinci cümləsində "ərizələrdə" sözündən sonra "də" bağlayıcısı əlavə edilsin və "olunmalıdır" sözü "oluna bilər" sözləri ilə əvəz edilsin;

52. 220.6-cı maddədən "və qətnaməni dərhal icraya yönəltdiyi" sözləri çıxarılsın;

53. 227.2-ci maddədə ikinci cümlə üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bu halda məhkəmə qətnamənin nəticə hissəsinin elan olunduğu gün onun təsdiq olunmuş surətini işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir.";

54. 227.3-cü maddədə "göndərilməli və ya təqdim edilməlidir" sözləri "rəsmi qaydada verilməlidir" sözləri ilə əvəz edilsin;

55. 229.3-cü maddədə "etmək və ya əlavə qətnamənin çıxarılması barədə məhkəmə qərardadından" sözləri "barədə qərardaddan və ya əlavə qətnamədən" sözləri ilə əvəz edilsin;

56. 233.2-ci maddə çıxarılsın;

57. 234-cü maddədə "Dərhal icra edilmə halları istisna olmaqla, qətnamə" sözləri "Qətnamə" sözü ilə əvəz edilsin;

58. 235-ci maddə çıxarılsın;

59. 236-cı maddədə "dərhal icraya yönəlməyən" sözləri çıxarılsın;

60. 237-ci maddə çıxarılsın;

61. 239-cu maddədə "çağırış vərəqəsi" sözləri "məhkəmə bildirişi" sözləri ilə əvəz edilsin;

62. 241.5-ci maddədə "iddianın" sözündən sonra "və ya onun hissəsinin" sözləri əlavə edilsin;

63. 243-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 243. Qiyabi qətnamənin surətinin rəsmi qaydada verilməsi

Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir.";

64. 244-cü maddədə "qətnaməni aldıqdan" sözləri "qətnamənin ona rəsmi qaydada verilməsindən" sözləri ilə əvəz edilsin;

65. 251-ci maddənin adı aşağıdakı redaksiyada verilsin:

"Maddə 251. İşə baxılmanın təzələnməsi";

66. 253.2.1-ci maddədə "maddəsində" sözü "və 251-ci maddələrində" sözləri ilə əvəz edilsin;

67. 253.2.3-cü maddə çıxarılsın;

68. Məcəlləyə aşağıdakı məzmunda 255.0.7-ci maddə əlavə edilsin:

"255.0.7. qəyyumluq və himayəçilik orqanının iş üzrə rəy verməsi tələb olunduqda.";

69. 256.0.2-ci maddədə "axtarışınadək" sözü "axtarışının nəticələri məlum olanadək" sözləri ilə əvəz edilsin;

70. 265.1, 265.2, 265.3, 265.6-cı maddələr çıxarılsın;

71. 266-cı maddədə:

71.1. maddənin adında "göndərilməsi" sözü "rəsmi qaydada verilməsi" sözləri ilə əvəz edilsin;

71.2. 266.1-ci maddədə "göndərilir və ya şəxsən təqdim olunur" sözləri "rəsmi qaydada verilir" sözləri ilə əvəz edilsin;

71.3. 266.2-ci maddədə "göndərilərkən, həmin qərardadların təqdim edilməsi" sözləri "rəsmi qaydada verilərkən, bu" sözləri ilə əvəz edilsin;

72. 268.1-ci maddədə "təqdim edildikdən və ya tərəf onu aldıqdan" sözləri "rəsmi qaydada verildikdən" sözləri ilə əvəz edilsin;

73. 272.2-ci maddədə "hərəkətlərə" sözündən sonra "də" bağlayıcısı əlavə edilsin;

74. 291.3-cü maddə çıxarılsın;

75. 300.4-cü maddənin birinci cümləsində "alındığı" sözü "rəsmi qaydada verildiyi" sözləri ilə əvəz edilsin;

76. 359-cu maddə çıxarılsın;

77. 360-cı maddədə "təqdim olunan (alınan)" sözləri "rəsmi qaydada verildiyi" sözləri ilə əvəz edilsin;

78. 361.1.4-cü maddədən "və qanunlara, digər normativ aktlara" sözləri çıxarılsın;

79. 361.5-ci maddə çıxarılsın;

80. 364-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.";

81. 367-ci maddədə:

81.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

"Apellyasiya şikayətinin rəsmi qaydada verilməsi, apellyasiya şikayətinə etiraz və apellyasiya şikayətinə dair izahatların verilməsi";

81.2. 367.1-ci maddədə "apellyasiyanı" sözü "apellyasiya şikayətini" sözləri ilə, "rəsmən təqdim edir (göndərir)" sözləri "rəsmi qaydada verir" sözləri ilə əvəz edilsin;

81.3. 367.2-ci maddədə "surətini aldıqda," sözləri "surəti onlara rəsmi qaydada verildikdən sonra" sözləri ilə əvəz edilsin;

82. 371-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 371. Apellyasiya instansiyası məhkəməsində yeni sübutların qəbul edilməsi

Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.";

83. 391-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.";

84. Məcəlləyə aşağıdakı məzmunda 392-1-ci maddə əlavə edilsin:

"Maddə 392-1. Apellyasiya instansiyası məhkəməsinin əlavə qətnaməsi

Apellyasiya instansiyası məhkəməsinin əlavə qətnaməsi bu Məcəllənin 229-cu maddəsi ilə müəyyən edilmiş hallarda və qaydada çıxarılır.";

85. 393-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.";

86. 394.1-ci maddədə "265-ci" sözü "265.4-cü və 265.5-ci" sözləri ilə əvəz edilsin;

87. 396.1-ci maddədə "təqdim edilən gündən" sözləri "qaydada verildikdən sonra" sözləri ilə əvəz edilsin;

88. 403.1-ci və 403.2-ci maddələrdən "qanuni qüvvəyə minmiş" sözləri çıxarılsın;

89. 404.1.2-ci maddədə "qərarlarından" sözü "qərardadlarından" sözü ilə əvəz edilsin;

90. 405-ci maddə aşağıdakı redaksiyada verilsin:

"405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:

405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;

405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.";

91. 407.3-cü maddənin birinci cümləsində mötərizədə "qanuni nümayəndəsi" sözlərindən sonra "və ya nümayəndəsi" sözləri, ikinci cümləsində "Qanuni nümayəndə" sözlərindən sonra "və ya nümayəndə" sözləri əlavə edilsin;

92. 408.1.1-ci maddədə "kassasiya şikayəti" sözlərindən əvvəl "kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə," sözləri əlavə edilsin;

93. 409-cu maddə aşağıdakı redaksiyada verilsin:

"Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.";

94. 412-ci maddədə:

94.1. maddənin adında "təqdim edilməsi" sözləri "verilməsi" sözü ilə əvəz edilsin;

94.2. 412.1-ci maddədə "təqdim olunur" sözləri "verilir" sözü ilə əvəz edilsin;

94.3. 412.2-ci maddədə "surətini aldıqdan" sözləri "surəti onlara rəsmi qaydada verildikdən" sözləri ilə əvəz edilsin;

95. 413-cü maddə çıxarılsın;

96. Məcəlləyə aşağıdakı məzmunda 417.1.6-cı maddə əlavə edilsin:

"417.1.6. müvafiq apellyasiya instansiyası məhkəməsində işə təkrarən baxılmasının yolverilməzliyi müəyyən edildikdə işin baxılmasını başqa apellyasiya instansiyası məhkəməsinə həvalə edə bilər.";

97. 418.4.3-cü maddədə "qərardad" sözü "qətnamə və ya qərardad" sözləri ilə əvəz edilsin;

98. 424.2.3-cü maddə çıxarılsın;

99. 425-ci maddədə "361" rəqəmi "407" rəqəmi ilə əvəz edilsin;

100. 426.3-cü maddədə "göndərilir" sözü "rəsmi qaydada verilir" sözləri ilə əvəz edilsin;

101. Məcəlləyə aşağıdakı məzmunda 429.0.6-cı maddə əlavə edilsin:

"429.0.6. müvafiq apellyasiya instansiyası məhkəməsində işə təkrar baxılmasının yolverilməzliyi müəyyən edildikdə işin baxılmasını başqa apellyasiya instansiyası məhkəməsinə həvalə etmək.";

102. 430.3-cü maddədə "göndərilir" sözü "rəsmi qaydada verilir" sözləri ilə əvəz edilsin;

103. 461.4-cü maddədə "Bu maddə" sözləri "Bu Məcəllənin 461.1- 461.3-cü maddələri" sözləri ilə əvəz edilsin;

104. 472.2-ci maddədə "Çağırış vərəqəsinin ona təqdim edilməsi" sözləri "Məhkəmə bildirişinin ona rəsmi qaydada verilməsi" sözləri ilə əvəz olunsun;

105. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə "İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi" Əlavəsindən 9-cu bənd çıxarılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 may 2009-cu il

 

Azərbaycan.- 2009.- 24 iyun.- S. 2.