"Polis haqqında"
Azərbaycan Respublikasının
Qanununa əlavə edilməsi barədə
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. "Polis
haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 11, maddə
611; 2001-ci il, ¹ 11, maddə 699, ¹12, maddə 731; 2002-ci il, ¹ 3,
maddə 118, ¹ 6, maddə 328; 2003-cü il, ¹ 1, maddə 22, ¹ 8,
maddə 424; 2004-cü il, ¹ 2, maddə 57, ¹ 3, maddə 133;
2006-cı il, ¹ 2, maddələr 74, 75, ¹ 11, maddə 927; 2007-ci
il, ¹ 8, maddə 756; 2008-ci il, ¹ 4, maddə 251; ¹ 7, maddə 602)
10-cu maddəsinə aşağıdakı məzmunda V hissə
əlavə edilsin:
"V.
Yaşayış yeri üzrə ictimai asayişin və
ictimai təhlükəsizliyin təmin edilməsi ilə
bağlı yaranan sosial problemlərin birgə həlli
üçün ayrı-ayrı şəxslər
könüllülük əsasında polis orqanları tərəfindən
ictimai asayişin və təhlükəsizliyin təmin
olunması işinə cəlb edilə bilərlər.
İctimai asayişin və təhlükəsizliyin təmin
olunmasında könüllü olaraq iştirak edən şəxslərin
fəaliyyətinin əlaqələndirilməsi
üçün yerli polis orqanlarının yanında ictimai
şuralar yaradıla bilər.
İctimai asayişin və
təhlükəsizliyin təmin olunması üzrə
könüllü ictimai fəaliyyət
aşağıdakı istiqamətlərdə həyata
keçirilir:
1) hüquqazidd və cəmiyyətə
qarşı hörmətsiz davranışın
qarşısının alınması məqsədilə
maarifləndirmə və təbliğat işinin
aparılması;
2) narkomaniyanın və
alkoqolizmin, həmçinin yetkinlik yaşına
çatmayanların baxımsızlığının və
hüquq pozuntularının profilaktikası;
3) cinayətlərin və
digər hüquqpozmaların qarşısının
alınmasını və araşdırılmasını təmin
etmək məqsədilə zəruri məlumatların polis
orqanlarına verilməsi.
Cinayət törətdiyinə
görə əvvəllər məhkum olunmuş, psixi xəstəliklə,
narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika
müəssisələrində qeydiyyatda olan, fəaliyyət
qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi
məhkəmənin qanuni qüvvəyə minmiş qərarı
ilə təsdiq edilmiş şəxslər ictimai asayişin
və təhlükəsizliyin təmin olunması üzrə
könüllü ictimai fəaliyyətə cəlb edilə
bilməzlər."
II. Bu qanun dərc
edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 may 2009-cu il
Azərbaycan.– 2009.- 24 iyun.-
S. 3.