"Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikasının
Qanununa əlavə edilməsi barədə" Azərbaycan
Respublikasının 2009-cu il 26 may tarixli 820-IIIQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1. qüvvədə olan
qanunvericilik aktlarının "Dövlət qulluğu
haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə
edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması haqqında təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
3. öz səlahiyyətləri
daxilində "Dövlət qulluğu haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavə edilməsi barədə"
Azərbaycan Respublikasının Qanunundan irəli gələn
digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 24 iyun.- S. 1.