"Saxta və ya keyfiyyətsiz
malların idxal edilməsinə, habelə gömrük
qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin
gücləndirilməsi məqsədi ilə Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
əlavələr və dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 2009-cu il 26 may
tarixli 822-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Saxta və ya keyfiyyətsiz
malların idxal edilməsinə, habelə gömrük
qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin
gücləndirilməsi məqsədi ilə Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
əlavələr və dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 2009-cu il 26 may
tarixli 822-IIIQD nömrəli Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Saxta və ya keyfiyyətsiz malların idxal
edilməsinə, habelə gömrük qaydaları əleyhinə
olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi
məqsədi ilə Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əlavələr
və dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2009-cu il 26 may tarixli 822-IIIQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 24 iyun.- S. 1.