"Polis
haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə
edilməsi barədə" Azərbaycan Respublikası
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1. qüvvədə olan
qanunvericilik aktlarının "Polis haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavə edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3. öz səlahiyyətləri
daxilində "Polis haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavə edilməsi barədə"
Azərbaycan Respublikasının Qanunundan irəli gələn
digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 24 iyun.- S. 3.