Azərbaycan Prezidenti, Ali baş Komandan İlham Əliyev
təlimin əsas mərhələsini izləmişdir
İyunun 24-də Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının 91-ci ildönümü münasibətilə
Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin
və Daxili Qoşunların birləşmə və hissələrinin
irimiqyaslı birgə əməliyyat-taktiki təlimi
keçirilmişdir.
Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
bölmələrin, hissələrin və silah sistemlərinin
taktiki döyüş tətbiqini əhatə edən təlimin
əsas mərhələsini izləmişdir.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Ali Baş Komandana raport verdi.
Prezident İlham Əliyev əvvəlcə
nümayiş etdirilən
hərbi texnika nümunələri ilə
Ali Baş Komandana məlumat verildi ki, burada nümayiş olunan hərbi texnika yüksək standartlara cavab verir və güclü döyüş qabiliyyətinə malikdir. 300 millimetrlik reaktiv yaylım atəşi sistemi uzaq məsafədəki hədəfləri məhv etmək, düşmənin iri bölmələrinin silah və döyüş texnikasına tələfat vermək üçün ən etibarlı və müasir döyüş maşınlarındandır. 203 millimetrlik "Pion" özüyeriyən artilleriya qurğusu isə bu növdə ən güclü sistemə malikdir. 152 millimetrlik 2S3 "Akasiya", 122 millimetrlik 2S1 "Qvozdika" özüyeriyen artilleriya qurğuları düşmənin artilleriyasını, minaatanlarını, texnikasını, cəmləşmə rayonlarında yerləşən canlı qüvvəsini və idarəetmə məntəqələrini məhv etmək, səhra və uzunmüddətli müdafiə qurğularını dağıtmaq qabiliyyətinə malikdir. Əsas döyüş tankı olan T 72 M-1 ən yüksək tələblərə cavab verir, qoşunların manevr imkanlarını və atəş gücünü əhəmiyyətli dərəcədə artırmağa imkan yaradır.
ZTR 80 A markalı zirehli döyüş maşını motoatıcı bölmələrin daşınması, onlara döyüş meydanında atəş dəstəyinin verilməsi və bilavasitə döyüşün maşından aparılmasını təmin edir. STOR M-3 - SOFA və ABİR M-462 maşınları ərazilərdə antiterror və təxribat-kəşfiyyat qruplarına qarşı xüsusi əməliyyatlarda istifadə olunur. Uzaq məsafəli kəşfiyyat-müşahidə sistemi böyük ərazilərdə gecə və gündüz avtomatik və əl rejimində müşahidənin aparılması və dəqiq coğrafi koordinatların müəyyən edilməsi üçün təyin olunmuşdur.
Bundan əlavə, rabitə qurğuları, radiolokasiya müşahidə sistemləri, yanğınsöndürmə texnikası da yüksək taktiki-texniki xüsusiyyətlərə malikdir.
Sonra müdafiə naziri Səfər Əbiyev hərbi təlimlərin operativ-taktiki vəziyyəti barədə Ali Baş Komandana məruzə etdi.
Prezident, Ali Baş Komandan İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin döyüş tətbiqi üzrə təlimləri izlədi.
Artilleriya bölmələrinin şəxsi
heyəti təlim sahəsindəki hədəflərə
sərrast atəş
açmaqla peşəkarlıq
nümayiş etdirdi.
Döyüş təyyarə və
vertolyotları yüksək
pilotajla yanaşı,
hədəflərə dəqiq
aviasiya zərbələrinin
endirilməsində məharət
göstərdilər. Tank
və piyadanın döyüş maşını
heyətləri idarə
etdikləri texnikanın
manevr və atəş gücündən
tam istifadə edərək
qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə
yerinə yetirdilər.
Xüsusi təyinatlı bölmələrin
taktiki hava desantı tərkibində
paraşütlə atılması
və qarşıya qoyulan tapşırığın
dəqiq yerinə yetirilməsi onların əsl peşəkarlığını
göstərdi.
Ümumiyyətlə, təlimə
cəlb olunan bütün şəxsi heyət yüksək
döyüş hazırlığı nümayiş etdirdi. Təlimdə
qarşıya qoyulan bütün məqsədlərə nail
olundu.
Son illərdə ordu
quruculuğu ilə bağlı strateji xətt Azərbaycanda
prioritet istiqamətlərdən biri olaraq qalır. Orduda
islahatların aparılması və hərbi hissələrin
maddi-texniki bazasının möhkəmləndirilməsi
dövlət başçısının daim diqqət mərkəzindədir.
Güclü iqtisadi potensial və güclü ordu Azərbaycanın
bölgədə lider ölkə olmasını şərtləndirən
əsas amillərdəndir.
Daha sonra Ali Baş
Komandan hərbi xidmətdə fərqləndiklərinə və
Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 91 illiyi münasibətilə bir qrup hərbçiyə
qiymətli hədiyyələr təqdim etdi.
Prezident, Ali Baş
Komandan İlham Əliyev hərbçilər
qarşısında çıxış etdi.
AzərTAc
Azərbaycan.- 2009.- 25 iyun.- S. 1.