Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamına dəyişikliklər əlavələr edilməsi barədə

 

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 755-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8, maddə 440; 2006-cı il, ¹3, maddə 229, ¹ 6, maddə 498; 2007-ci il, ¹ 2, maddələr 86, 101, ¹ 3, maddələr 217, 227; ¹ 7, maddə 714, ¹ 9, maddə 867, ¹ 10, maddə 948, ¹ 12, maddə 1242; 2008-ci il, ¹ 1, maddə 9, ¹ 3, maddələr 173, 179, ¹ 6, maddə 499, ¹ 8, maddələr 717, 723, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 13 fevral tarixli 53 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1.1. 2.1.1-ci və 3.2.1-ci bəndlərin üçüncü abzaslarında "Azərbaycan Respublikası Milli Məclisinin Aparatının rəhbəri," sözlərindən sonra "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbəri," sözləri əlavə edilsin.

1.2. 2.1.2-ci və 3.2.2-ci bəndlərin üçüncü abzaslarında "Azərbaycan Respublikası Milli Məclisinin Aparatının rəhbərinin müavini," sözlərindən sonra "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbərinin müavini," sözləri, "Azərbaycan Respublikası Milli Məclisinin Aparatının təminedici şöbəsinin müdiri," sözlərindən sonra "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının təminedici şöbəsinin müdiri, Azərbaycan Respublikası Baş nazirinin köməkçisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri," sözləri, "Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdiri" sözlərindən sonra ", Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri" sözləri əlavə edilsin və səkkizinci abzası çıxarılsın.

1.3. 2.1.3-cü və 3.2.3-cü bəndlərin üçüncü abzasında "Azərbaycan Respublikası Milli Məclisinin Aparatının təminedici şöbəsinin müdir müavini," sözlərindən sonra "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının təminedici şöbəsinin müdir müavini, Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçisi," sözləri, "Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdirinin müavini," sözlərindən sonra "Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdirinin müavini," sözləri, "Azərbaycan Respublikası Milli Məclisinin Aparatının yardımçı şöbəsinin müdiri və müdir müavini" sözlərindən sonra ", Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının yardımçı şöbəsinin müdiri və müdir müavini" sözləri əlavə edilsin və səkkizinci abzası çıxarılsın.

1.4. 2.1.4-cü və 3.2.4-cü bəndlərin üçüncü abzaslarında "Azərbaycan Respublikası Milli Məclisinin Aparatının rəhbərinin köməkçisi," sözlərindən sonra "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbərinin köməkçisi," sözləri, "İşlər müdirinin köməkçisi," sözlərindən sonra "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində şöbə müdiri və müdir müavini, sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi," sözləri əlavə edilsin və səkkizinci abzası çıxarılsın.

1.5. 2.1.5-ci və 3.2.5-ci bəndlərin dördüncü abzasları çıxarılsın.

1.6. 2.1.7-ci bəndin üçüncü abzasından, 2.1.8-ci və 2.1.9-cu bəndlərin ikinci abzaslarından, 2.3.6-cı və 3.2.7-ci bəndlərin üçüncü abzaslarından, 3.2.8-ci və 3.2.9-cu bəndlərin ikinci abzaslarından "regional" və "ikili tabelikdə olan" sözləri çıxarılsın.

1.7. 2.3.1-ci və 3.4.1-ci bəndlərin üçüncü abzaslarında "Azərbaycan Respublikası Milli Məclisinin Aparatında," sözlərindən sonra "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında," sözləri, "Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsində" sözlərindən sonra ", Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində" sözləri əlavə edilsin.
1.8. 2.3.2-ci və 3.4.2-ci bəndlərin ikinci abzasları çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il

1 sentyabr tarixli 290 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 9, maddə 796; 2007-ci il, ¹ 3, maddələr 217, 227, ¹ 9, maddə 867, ¹ 11, maddə 1117; 2008-ci il, ¹ 3, maddə 179) ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın 2.12-ci bəndinin birinci qrafasının 2-ci sütunundan "regional" və "ikili tabelikdə olan" sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 9, maddə 872; 2008-ci il, ¹ 3, maddələr 169, 186, ¹ 5, maddə 364, ¹ 6, maddələr 483, 504, ¹ 12, maddə 1057; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 46 nömrəli, 13 fevral tarixli 56 nömrəli və 60 nömrəli fərmanları) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 1.11-ci bəndindən "regional" və "ikili tabelikdə olan" sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 494; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 13 fevral tarixli 53 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı"nın 34-cü bəndindən "regional" və "ikili tabelikdə olan" sözləri çıxarılsın.

5. "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 7, maddə 645, ¹ 8, maddə 723) Əlavə 2 "Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları"nın "Təsnifatlar üzrə inzibati və yardımçı vəzifələrin adları" sütununa aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

5.1. İnzibati vəzifələrin təsnifatı üzrə:

5.1.1. "Birinci təsnifat"ın birinci qrafasında "Milli Məclisinin Aparatının rəhbəri;" sözlərindən sonra "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbəri;" sözləri əlavə edilsin;

5.1.2. "İkinci təsnifat"ın birinci qrafası çıxarılsın, ikinci qrafasında "İşlər müdiri" sözlərindən sonra "; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbərinin müavini; Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri" sözləri, üçüncü qrafasında "Milli Məclisinin Aparatının təminedici şöbəsinin müdiri" sözlərindən sonra "; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının təminedici şöbəsinin müdiri; Azərbaycan Respublikası Baş nazirinin köməkçisi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri" sözləri əlavə edilsin;

5.1.3. "Üçüncü təsnifat"ın birinci qrafası çıxarılsın, üçüncü qrafasından "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının təminedici şöbəsinin müdiri;", "Azərbaycan Respublikası Baş nazirinin köməkçisi;" və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri;" sözləri çıxarılsın, dördüncü qrafasında "Milli Məclisinin Aparatının təminedici şöbəsinin müdir müavini" sözlərindən sonra "; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının təminedici şöbəsinin müdir müavini;", "Azərbaycan Respublikası Nazirlər Kabinetinin işlər müdirinin müavini;" və "Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçisi;" sözləri, yeddinci qrafasında "Milli Məclisinin Aparatının yardımçı şöbəsinin müdiri" sözlərindən sonra "; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının yardımçı şöbəsinin müdiri" sözləri, on ikinci qrafasında "Milli Məclisinin Aparatının yardımçı şöbəsinin müdir müavini" sözlərindən sonra "; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının yardımçı şöbəsinin müdir müavini" sözləri əlavə edilsin, on üçüncü qrafasından "Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdirinin müavini;" sözləri çıxarılsın;

5.1.4. "Dördüncü təsnifat"ın birinci qrafası çıxarılsın, üçüncü qrafasında "Milli Məclisinin Aparatında sektor müdiri;" sözlərindən sonra "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında sektor müdiri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbərinin köməkçisi;" sözləri, dördüncü qrafasında "Milli Məclisinin İşlər İdarəsində şöbə müdiri" sözlərindən sonra ";Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində şöbə müdiri" sözləri əlavə edilsin, yeddinci qrafası çıxarılsın, onuncu qrafasında "Milli Məclisinin İşlər İdarəsində şöbə müdirinin müavini;" sözlərindən sonra "Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində şöbə müdirinin müavini;" sözləri, on ikinci qrafasında "Milli Məclisinin İşlər İdarəsində sektor müdiri, baş mühasib;" sözlərindən sonra "Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində sektor müdiri, baş mühasib;" sözləri əlavə edilsin, on üçüncü qrafası çıxarılsın, on dördüncü qrafasından "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının rəhbərinin köməkçisi;" sözləri çıxarılsın, on yeddinci qrafasında "Milli Məclisinin Aparatında;" sözlərindən sonra "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında;" sözləri, on doqquzuncu qrafasında "Milli Məclisinin İşlər İdarəsində" sözlərindən sonra "; Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsində" sözləri əlavə edilsin;

5.1.5. "Beşinci təsnifat"ın ikinci qrafasından "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında sektor müdiri;" sözləri, beşinci, on ikinci, on dördüncü qrafaları çıxarılsın.

5.2. Yardımçı vəzifələrin təsnifatları üzrə:

5.2.1. "Birinci təsnifat"da "Milli Məclisinin İşlər İdarəsində," sözlərindən sonra "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında və İşlər İdarəsində," sözləri, "ekspeditor" sözündən sonra ", baş dispetçer" sözləri, "kuryer," sözündən sonra "dispetçer," sözü əlavə edilsin;

5.2.2. "İkinci təsnifat"dan "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında və İşlər İdarəsində," sözləri çıxarılsın.

6. Bu fərman 2009-cu il 1 may tarixindən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2009-cu il

 

Azərbaycan.- 2009.- 25 iyun.- S. 2.