"Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin yaradılması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 nömrəli
Sərəncamının icrası ilə əlaqədar qərara
alıram:
1. "Xaricdə yaşayan
azərbaycanlılarla bağlı dövlət siyasəti
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il 21 fevral tarixli 859 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü
il, ¹ 2, maddə 91) 2-ci bəndinin dördüncü
abzasında "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla"
sözləri "Diasporla" sözü ilə əvəz
edilsin.
2. "Xaricdə
yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti
haqqında" Azərbaycan Respublikası Qanununun icrasının
təmin edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 925
nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 9, maddə
476) "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla"
sözləri "Diasporla" sözü ilə əvəz
edilsin.
3. Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli
Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7, maddə 540; 2006-cı il,
¹ 9, maddə 743; 2007-ci il, ¹ 2, maddə 87, ¹ 10, maddə 1011;
2008-ci il, ¹ 3, maddə 168) ilə təsdiq edilmiş
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"nın 3.7-ci bəndinin
"İcraçılar" sütununda "Xaricdə
Yaşayan Azərbaycanlılarla" sözləri
"Diasporla" sözü ilə əvəz edilsin.
4. "Azərbaycan
Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan
Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni
əməkdaşlıq üzrə Birgə Hökumətlərarası
Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 25 avqust tarixli 977 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il,
¹ 8, maddə 770;
2007-ci il, ¹ 11, maddə 1134) 1-ci bəndinin "Komissiyanın
üzvləri" bölməsinin ikinci abzasında "Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla"
sözləri "Diasporla" sözü ilə əvəz
edilsin.
5. Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 982 nömrəli
Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə 775; 2006-cı il, ¹ 9,
maddə 743; 2007-ci il, ¹ 5, maddə 459) ilə təsdiq
edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı
(2005-2009-cu illər)" üzrə həyata keçiriləcək
Tədbirlərin 3.9-cu, 7.2-ci, 7.7-ci, 7.8-ci, 7.9-cu, 7.12-ci və
7.13-cü bəndlərinin "İcraçılar"
sütununda "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla"
sözləri "Diasporla" sözü ilə əvəz
edilsin.
6. "Azərbaycan
Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq
üzrə birgə hökumətlərarası komissiyanın
Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹7, maddə 602) 1-ci bəndinin
"Komissiyanın üzvləri" bölməsinin on ikinci
abzasında "Xaricdə Yaşayan Azərbaycanlılarla"
sözləri "Diasporla" sözü ilə əvəz
edilsin.
7. "Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq
məsələləri üzrə hökumətlərarası
Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı
il, ¹ 8, maddə 723) 1-ci bəndinin "Komissiyanın üzvləri"
bölməsinin dördüncü abzasında "Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla"
sözləri "Diasporla" sözü ilə əvəz
edilsin.
8. "Rusiya
Federasiyası ərazisində ticarətlə məşğul
olan Azərbaycan vətəndaşlarının problemlərinin
həlli haqqında" Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 22 noyabr tarixli 1788 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı
il, ¹ 11, maddə 977) 1-ci bəndinin "Komissiyanın üzvləri"
bölməsinin səkkizinci abzasında "Xaricdə
Yaşayan Azərbaycanlılarla" sözləri
"Diasporla" sözü ilə əvəz edilsin.
9. "Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında
iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası
komissiyanın Azərbaycan Respublikası tərəfindən
yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 3, maddə 248) 1-ci bəndinin
"Komissiyanın üzvləri" bölməsinin on
yeddinci abzasında "Xaricdə Yaşayan Azərbaycanlılarla"
sözləri "Diasporla" sözü ilə əvəz
edilsin.
10. Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli
Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 4, maddə 346) ilə təsdiq
edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"nın həyata keçirilməsi üzrə
Tədbirlər Planının 8.6.2-ci və 8.6.3-cü bəndlərinin
"İcraçılar" sütununda "Xaricdə
Yaşayan Azərbaycanlılarla" sözləri
"Diasporla" sözü ilə əvəz edilsin.
11. Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 15 may tarixli 2167 nömrəli
Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 504) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Məşğulluq
Strategiyasının həyata keçirilməsi üzrə
Dövlət Proqramının (2007-2010-cu illər)" həyata
keçirilməsi üzrə Tədbirlər Planının
3.13-cü bəndinin "İcraçılar"
sütununda "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla"
sözləri "Diasporla" sözü ilə əvəz
edilsin.
12. "Azərbaycan
Respublikası ilə Türkmənistan Respublikası
arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq
üzrə birgə hökumətlərarası komissiyanın
Azərbaycan Respublikası tərəfindən tərkibi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il
20 iyun tarixli 2236 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹6, maddə
650) 1-ci bəndinin "Komissiyanın üzvləri"
bölməsinin on ikinci abzasında "Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla" sözləri
"Diasporla" sözü ilə əvəz edilsin.
13. "Azərbaycan
Respublikası ilə Özbəkistan Respublikası arasında
əməkdaşlıq üzrə Birgə hökumətlərarası
komissiyanın Azərbaycan Respublikası tərəfindən
yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1148) 1-ci bəndinin
"Birgə komissiyanın üzvləri" bölməsinin
altıncı abzasında "Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla" sözləri
"Diasporla" sözü ilə əvəz edilsin.
14. Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli
Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 10, maddə 901) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı"nın həyata keçirilməsi
üzrə Tədbirlər Planının 2.8.3-cü bəndində
"XÖYAİDK" akronimi "DİDK" akronimi ilə,
"Akronimlər" bölməsində isə
"XÖYAİDK Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla"
sözləri "DİDK Diasporla" sözləri ilə əvəz
edilsin.
15. Bu fərman dərc
edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 25 iyun.- S. 2.