"Məhkəmələr
və hakimlər haqqında", "Əhalinin
sağlamlığının qorunması haqqında",
"Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi
haqqında" və "Terrorçuluğa qarşı
mübarizə haqqında" Azərbaycan
Respublikasının qanunlarında dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2008-ci il 16
dekabr tarixli 741-IIIQD nömrəli Qanununun tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu
il 13 fevral tarixli 151 nömrəli Sərəncamının
1.1-ci bəndinə uyğun olaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998-ci il, ¹ 12, maddə 765) ilə təsdiq
edilmiş "20 Yanvar Şəhidi" fəxri adı
haqqında Əsasnamə"nin 1-ci bəndinin ikinci cümləsində
"yaralanma, zədələnmə, kontuziya və digər bədən
xəsarətindən" sözləri "xəsarətdən
(yaralanma, travma, kontuziya)" sözləri ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 25 iyun.- S. 2.