1. 2009-cu il aprelin 27-də
Bakı şəhərində imzalanmış "Azərbaycan
Respublikası Vergilər Nazirliyi və Estoniya Vergi və
Gömrük Şurası arasında vergi orqanlarının fəaliyyəti
sahəsində əməkdaşlığa dair Memorandum"
təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Vergilər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Sazişin həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Sazişin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Estoniya
Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 25 iyun.- S. 3.