1. 2008-ci il noyabrın
14-də Kişinyov şəhərində Müstəqil
Dövlətlər Birliyi Hökumət
Başçıları Şurasının iclasında Azərbaycan
Respublikası tərəfindən qeyd-şərt ilə
imzalanmış "Saxta dərman vasitələrinin
dövriyyəsinə qarşı mübarizədə əməkdaşlıq
haqqında Saziş" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Sazişin həyata keçirilməsi
üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Sazişin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Müstəqil
Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 25 iyun.- S. 3.