1. 2009-cu il mayın 18-də
Bakı şəhərində imzalanmış "Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və
Kuba Respublikasının Mədəniyyət Nazirliyi
arasında əməkdaşlıq haqqında Saziş" təsdiq
edilsin.
2. Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Sazişin həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyinə tapşırılsın
ki, bu sərəncamın 1-ci bəndində göstərilən
Sazişin qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə
Kuba Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyun 2009-cu il
Azərbaycan.-
2009.- 25 iyun.- S. 3.