2009-cu il mayın 5- Minsk şəhərində imzalanmış "Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi Belarus Respublikasının İnformasiya Nazirliyi arasında nəşriyyat informasiya sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

 

1. 2009-cu il mayın 5-də Minsk şəhərində imzalanmış "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Belarus Respublikasının İnformasiya Nazirliyi arasında nəşriyyat və informasiya sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Belarus Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2009-cu il

 

Azərbaycan.- 2009.- 25 iyun.- S. 3.