YAP rayon təşkilatları bələdiyyə seçkilərinə hazırlaşır

 

İyunun 24-də Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla bağlı toplantı keçirilmişdir.

YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyev bildirmişlər ki, bələdiyyə seçkilərində fəal iştirak etmək partiyanın qarşısında duran əsas məqsədlərdən biridir.

Partiyanın Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Milli Məclisin deputatı Əhməd Vəliyev və digər çıxış edənlər qeyd etmişlər ki, seçkilərlə əlaqədar hazırda rayon üzrə bələdiyyə üzvlüyünə namizədlərin müəyyənləşməsi istiqamətində işlər aparılır.

 

***

 

İyunun 24-də YAP Qaradağ rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla bağlı toplantı keçirilmişdir.

YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bələdiyyə seçkilərinə hazırlıq işlərinin gedişi barədə qısa məlumat vermişdir.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bələdiyyə seçkiləri ilə əlaqədar YAP fəallarının qarşısında duran vəzifələrdən danışmışdır.

Yeni Azərbaycan Partiyasının böyük seçki təcrübəsi olduğunu deyən E.İbrahimov bildirmişdir ki, bələdiyyələr bu gün sosial məsələlərin həllində yaxından iştirak edir. Düzgün təşkil olunmuş fəaliyyət nəticəsində bələdiyyə seçkilərində YAP üzvlərinin qələbəsi daha yüksək olacaqdır.

Tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də çıxış etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan- 2009.- 25 iyun.- S. 5.