Heydər Əliyev Fondunda
olmuşlar
İndoneziya
parlamentində İndoneziya-Azərbaycan parlamentlərarası
dostluq qrupunun üzvləri iyunun 24-də Heydər Əliyev
Fondunda olmuşlar.
Qonaqlara ümummilli lider
Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq
yaradılmış fondun məqsədləri, ulu öndərin
şəxsi arxivindən götürülmüş eksponatlar
haqqında ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, fondun əsas məqsədi görkəmli
siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək
və təbliğ etməkdən, Azərbaycanın
sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş
genişmiqyaslı fəaliyyəti barədə gələcək
nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür
yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş
təbliği ilə əlaqədar aparılan işlərə
kömək göstərməkdən ibarətdir. Fond həm
də genişmiqyaslı layihələr həyata keçirir,
görkəmli siyasi xadimin arzularının reallaşmasına
öz töhfəsini verir.
İndoneziyalı
qonaqlar ulu öndərin həyatının ən müxtəlif
məqamlarını əks etdirən və tariximizin
bütöv bir dövrü barədə geniş təsəvvür
yaradan sənədlərlə, dahi şəxsiyyət
haqqında kitablarla tanış olmuş, fondun xatirə
kitabına ürək sözlərini yazmışlar. Buradan zəngin
təəssürat aldıqlarını bildirən qonaqlar
fonda xatirə hədiyyəsi təqdim etmişlər. Qonaqlara
da fondun məqsədi, vəzifəsi və fəaliyyəti ilə
bağlı bukletlər hədiyyə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 25 iyun.- S. 5.