Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) layihəsi müsabiqənin qalibi oldu

 

Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) təsisçisi olan Azərbaycan Türkiyə İş Adamları Birliyinin Amerika Assosiasiyaları Rəhbərləri Cəmiyyətinin (American Society of Association Executives - ASAE) hər il keçirdiyi "Association Make a Better World" müsabiqəsinə təqdim etdiyi "ATAF. Avrasiyada Sosial və İqtisadi İnteqrasiya Modeli olaraq Regional Sülh naminə Birgə Fəaliyyət" adlı layihəsi HONORABLE MENTİON AWARD WİNNER nominasiyasında qalib elan edilmişdir. ATAF-ın bu layihəsi Qafqaz xalqlarının sülh şəraitində yaşamasına, regionda sosial inteqrasiyanın inkişafı və əhalinin rifahının yüksəldilməsinə ən çox töhfə verə biləcək təşəbbüs olaraq qiymətləndirilmişdir.

Bu təşəbbüs ASAE tərəfindən həyata keçirilən proqramda iştirak edən namizədə təmsil etdiyi təşkilatı tanıtmaq imkanı yaradır. Təqdim edilən uğurlu layihə təşkilata müxtəlif kateqoriyalarda üzv olan sənaye tərəfdaşları, məsləhətçi, eləcə də icma üzvü statusuna malik münsiflər heyəti tərəfindən müəyyən edilir. Qaliblər 15-18 avqust 2009-cu ildə "2009 Annual Meeting & Exposition" adlı tədbirə dəvət almaqla "Association Make a Better World"ə bir illik pulsuz üzv olmaq, eləcə də mükafatı Kanadanın Toronto şəhərində almaq imkanı qazanır.

2009-cu il üzrə "Association Make a Better World" müsabiqəsinin digər qalibləri olaraq ABŞ-ı təmsil edən NRECA Beynəlxalq Fondu (NRECA International Foundation), İxtisaslı Dəyirmançılar Beynəlxalq Assosiasiyası (International Association of Operative Millers), Tibbi Təcili Yardım Cəmiyyəti (Society of Critical Care Medicine); Perunu təmsil edən Latın Amerikası Maliyyə İnstitutlarının İnkişafı Assosiasiyası (ALIDE); İndoneziyanı təmsil edən Korporativ Direktorluq üzrə İndoneziya İnstitutu (IICD) müəyyən edilmişlər.

 

 

Azərbaycan.- 2009.- 25 iyun.- S. 8.