Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin fəaliyyətinin
normativ-hüquqi əsaslarını təkmilləşdirmək
məqsədi ilə qərara alıram:
1. "Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi
haqqında Əsasnamə" təsdiq edilsin (əlavə
olunur).
2. "Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsinin
strukturu" təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
3.1. qüvvədə
olan qanunvericilik aktlarının bu fərmana
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
3.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ-hüquqi
aktlarının bu fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3.3. Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin
aparatının və onun strukturuna daxil olan qurumların
işçilərinin say həddini müəyyən etsin;
3.4. bu fərmandan irəli
gələn digər məsələləri həll etsin.
4. "Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi
haqqında Əsasnamənin təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 24 noyabr tarixli
323 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə
1018; 2008-ci il, № 11, maddə 970) qüvvədən
düşmüş hesab edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 26 iyun.- S. 2.