"Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər və əlavələr edilməsi
barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikasının
2009-cu il 28 aprel tarixli 807-IIIQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Dövlət qulluğu
haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri
daxilində "Dövlət qulluğu haqqında" Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər və əlavələr
edilməsi barədə" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 509 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, ¹ 6, maddə 407; 2007-ci il, ¹11, maddə 1118) ilə
təsdiq edilmiş "Prokurorluğa işə qəbul
olunmaq üçün namizədlərlə müsabiqə
keçirilməsi qaydaları haqqında Əsasnamə"nin
1.2-ci bəndinin ikinci cümləsində "söhbətdən"
sözü "müsahibədən" sözü ilə,
1.5-ci bəndinin ikinci cümləsində "söhbət"
sözü "müsahibə" sözü ilə əvəz
edilsin.
3. Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, ¹ 9, maddə 582; 2003-cü il, ¹ 8, maddə 441;
2005-ci il, ¹9, maddə 800) ilə təsdiq edilmiş
"Sınaq müddəti ilə müvafiq dövlət
orqanlarında dövlət qulluğuna qəbul
üçün əmək müqaviləsinin
(kontraktının) nümunəsi"nin 2.1-ci bəndində
"iki illik" sözləri "altı aylıq"
sözləri ilə əvəz edilsin.
4. "Dövlət
orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin
dövlət qulluğunda işləməsinin mümkün
olub-olmamasının qabaqcadan yoxlanılması Qaydalarının
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 568 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, ¹ 9, maddə 583; 2003-cü il, ¹ 8, maddə 441;
2005-ci il, ¹ 12, maddə 1111; 2007-ci il, ¹9, maddə 873)
aşağıdakı dəyişikliklər edilsin:
4.1. Fərmanın
adında və 1-ci bəndində "orqanlarında dövlət
qulluğuna qəbul edilən şəxsin dövlət
qulluğunda işləməsinin" sözləri
"orqanında dövlət qulluğuna qəbul edilmək
üçün müraciət etmiş şəxsin dövlət
qulluğuna qəbul edilməsinin" sözləri ilə əvəz
edilsin;
4.2. həmin Fərmanla
təsdiq edilmiş "Dövlət orqanlarında dövlət
qulluğuna qəbul edilən şəxsin dövlət
qulluğunda işləməsinin mümkün
olub-olmamasının qabaqcadan yoxlanılması
Qaydaları"nda aşağıdakı dəyişikliklər
edilsin:
4.2.1. Qaydaların
adında və 1-ci bəndində "orqanlarında dövlət
qulluğuna qəbul edilən şəxsin dövlət
qulluğunda işləməsinin" sözləri
"orqanında dövlət qulluğuna qəbul edilmək
üçün müraciət etmiş şəxsin dövlət
qulluğuna qəbul edilməsinin" sözləri ilə əvəz
edilsin;
4.2.2. 2-ci və 3-cü
bəndlərdə "girmək" sözü "qəbul
edilmək" sözləri ilə əvəz edilsin;
4.2.3. 2.1-ci bənd aşağıdakı
redaksiyada verilsin:
"şəxsin fəaliyyət
qabiliyyətinə malik olmaması, məhdud fəaliyyət
qabiliyyətinə malik olması və ya tibbi xarakterli məcburi
tədbirlərin tətbiqi barədə məhkəmənin
qanuni qüvvəyə minmiş qərarının
olub-olmamasını yoxlamaq üçün müvafiq məhkəməyə
və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə;";
4.2.4. 2.2-ci bənddə
"müəyyən müddətə dövlət vəzifəsi
tutmaq hüququndan məhrum edilməsinin məhkəmə qərarı
ilə təsdiq edilib-edilməməsini" sözləri
"ödənilməmiş və ya götürülməmiş
məhkumluğunun olub-olmamasını" sözləri ilə
əvəz edilsin;
4.2.5. 2.3-cü bənddə
"işləyəcəyi" sözü "qulluq
keçəcəyi" sözləri ilə əvəz
edilsin.
5. Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli
569 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il,
¹ 9, maddə 584; 2003-cü il, ¹8, maddə 441; 2005-ci il,¹11, maddə
1009) ilə təsdiq edilmiş "Dövlət
orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin
verilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər
edilsin:
5.1. 3-cü bənd
aşağıdakı redaksiyada verilsin:
"3. Dövlət
qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini
göstərir, vəzifə maaşına əlavə haqq
almaq və sosial təminatlardan istifadə etmək, habelə
"Dövlət qulluğu haqqında" Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
hallarda dövlət qulluqçusuna inzibati vəzifə tutmaq
hüququ verir.";
5.2. 4-cü bəndin
ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"İxtisas dərəcələri
dövlət qulluqçusunun tutduğu vəzifəyə,
qulluq stajına və ixtisas dərəcəsində qulluq
müddətinə uyğun olaraq, habelə əvvəllər
verilmiş ixtisas dərəcəsi nəzərə
alınmaqla ardıcıl verilir.";
5.3. 7-ci bənddə
"götürüldükdə" sözü "qəbul
edildikdə" sözləri ilə əvəz edilsin;
5.4. 8-ci bəndin birinci
abzasında "qalmaq müddəti" sözləri
"qulluq müddəti" sözləri ilə əvəz
edilsin;
5.5. 9-cu bənd
çıxarılsın;
5.6. 13-cü bəndin
birinci cümləsində "işlədiyi" sözü
"qulluq keçdiyi" sözləri ilə əvəz
edilsin;
5.7. 14-cü bənddən
"ixtisas dərəcəsindən məhrum edilməsi və"
sözləri çıxarılsın, "işdən azad
edilməsi" sözləri "dövlət qulluğuna
xitam verilməsi" sözləri ilə əvəz edilsin.
6. "Dövlət
orqanlarında dövlət qulluqçusuna vəzifədə
qulluq stajına görə əlavə haqqın məbləğlərinin
müəyyənləşdirilməsi Qaydalarının təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il,
¹ 1, maddə 48; 2003-cü il, ¹8,
maddə 441; 2004-cü il, ¹8, maddə 613; 2005-ci il, ¹ 3, maddə
172) aşağıdakı dəyişikliklər edilsin:
6.1. Fərmanın
adında və 1-ci bəndində "vəzifədə"
sözü "dövlət qulluğunda" sözləri
ilə əvəz edilsin;
6.2. həmin Fərmanla
təsdiq edilmiş "Dövlət orqanlarında dövlət
qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə
haqqın məbləğlərinin müəyyənləşdirilməsi
Qaydaları"nda aşağıdakı dəyişikliklər
edilsin:
6.2.1. adında, 1-ci,
2-ci, 3-cü, 4-cü və 5-ci bəndlərdə "vəzifədə"
sözü "dövlət qulluğunda" sözləri
ilə əvəz edilsin;
6.2.2. 5-ci bənddə
"işlədiyi" sözü "qulluq keçdiyi"
sözləri ilə əvəz edilsin;
6.2.3. 7-ci bəndin
beşinci abzası aşağıdakı redaksiyada verilsin:
"dövlət
qulluğu vəzifəsində staj və sınaq müddəti;".
7. Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il,
¹ 8, maddə 494) ilə təsdiq
edilmiş "Dövlət qulluqçularının
mükafatlandırılmasının növləri və
qaydaları haqqında Əsasnamə"də
aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2-ci bənddə,
5-ci bəndin birinci və ikinci abzaslarında, 8-ci bənddə,
10-cu bənddə "işlədiyi" sözü
"qulluq keçdiyi" sözləri ilə əvəz
edilsin;
7.2. 5-ci bəndin ikinci
abzasında "işçiyə" sözü
"dövlət qulluqçusuna" sözləri ilə əvəz
edilsin;
7.3. 11-ci bənddə
"işlədikləri" sözü "qulluq
keçdikləri" sözləri ilə əvəz edilsin.
8. Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2003-cü il, ¹ 8, maddə 440; 2006-cı il, ¹3, maddə
229, ¹6, maddə 498; 2007-ci il, ¹2, maddələr 86, 101, ¹3, maddələr
217, 227, ¹7, maddə 714, ¹9, maddə 867, ¹10, maddə 948, ¹12,
maddə 1242; 2008-ci il, ¹1, maddə 9,¹3, maddələr 173, 179,
¹6, maddə 499, ¹8, maddələr 717, 723) ilə təsdiq
edilmiş "İnzibati və yardımçı vəzifələrin
Təsnifat Toplusu"na aşağıdakı dəyişikliklər
və əlavələr edilsin:
8.1. 1.1-ci bənddə
"vəzifələrinin ixtisas dərəcələri,
adları, dərəcələr üzrə bölgü"
sözləri "vəzifələrinin təsnifatları və
adları, ixtisas dərəcələri" sözləri ilə
əvəz edilsin;
8.2. 3.1-ci bənd
aşağıdakı redaksiyada verilsin:
"3.1. Dövlət
qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini
göstərir, vəzifə maaşına əlavə haqq
almaq və sosial təminatlardan istifadə etmək, habelə
"Dövlət qulluğu haqqında" Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
hallarda dövlət qulluqçusuna inzibati vəzifə tutmaq
hüququ verir.";
8.3. 2.1.7-ci bəndin
üçüncü abzasına, 2.1.8-ci bəndin ikinci
abzasına, 3.2.7-ci bəndin üçüncü abzasına
və 3.2.8-ci bəndin ikinci abzasına "ikili tabelikdə
olan yerli bölmələrinin" sözlərindən sonra
", mərkəzi icra hakimiyyəti orqanlarının
yanında yaradılan dövlət agentliklərinin və
dövlət xidmətlərinin yerli bölmələrinin"
sözləri, 2.1.9-cu bəndin ikinci abzasına, 2.3.6-cı bəndin
üçüncü abzasına, 3.2.9-cu bəndin ikinci
abzasına və 3.4.6-cı bəndin üçüncü
abzasına "ikili tabelikdə olan yerli bölmələrində"
sözlərindən sonra ", mərkəzi icra hakimiyyəti
orqanlarının yanında yaradılan dövlət agentliklərinin
və dövlət xidmətlərinin yerli bölmələrində"
sözləri əlavə edilsin;
8.4. 3.2.1-ci bəndin
birinci abzasına "1-ci dərəcə dövlət
müşaviri" sözlərindən sonra "və 2-ci dərəcə
dövlət müşaviri" sözləri, 3.2.2-ci bəndin
birinci abzasına "3-cü dərəcə dövlət
müşaviri" sözlərindən sonra ", dövlət
qulluğunun baş müşaviri" sözləri,
3.2.3-cü bəndin birinci abzasına "dövlət
qulluğunun baş müşaviri" sözlərindən
sonra "və dövlət qulluğunun müşaviri"
sözləri, 3.2.4-cü bəndin birinci abzasına
"dövlət qulluğunun müşaviri" sözlərindən
sonra "və dövlət qulluğunun kiçik
müşaviri" sözləri, 3.2.5-ci bəndin birinci
abzasına "dövlət qulluğunun kiçik
müşaviri" sözlərindən sonra "və 1-ci dərəcə
dövlət qulluqçusu" sözləri, 3.2.6-cı bəndin
birinci abzasına "1-ci dərəcə dövlət
qulluqçusu" sözlərindən sonra "və 2-ci dərəcə
dövlət qulluqçusu" sözləri, 3.2.7-ci bəndin
birinci abzasına "2-ci dərəcə dövlət
qulluqçusu" sözlərindən sonra "və
3-cü dərəcə dövlət qulluqçusu"
sözləri, 3.2.8-ci bəndin birinci abzasına "3-cü dərəcə
dövlət qulluqçusu" sözlərindən sonra
"və kiçik dövlət qulluqçusu" sözləri
əlavə edilsin.
9. Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹ 4, maddə 297) ilə təsdiq edilmiş
"Dövlət vergi orqanlarına işə qəbul olunmaq
üçün namizədlərin müsabiqəsinin
keçirilməsi haqqında Əsasnamə"nin 3.13-cü
bəndinin birinci cümləsində "söhbət"
sözü "müsahibə" sözü ilə əvəz
edilsin.
10. Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 247 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹6, maddə 484; 2007-ci il, ¹11, maddə 1108;
2008-ci il, ¹5, maddələr 360, 363) ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu məsələləri üzrə
Komissiya haqqında Əsasnamə"nin 9.4-cü bəndində
"peşə hazırlığı, təkrar
hazırlığı və ixtisasının
artırılması" sözləri, 10.5-ci bəndində
"hazırlanması, yenidən hazırlanması və
ixtisaslarının artırılması" sözləri
"peşə hazırlığı, təcrübə,
yenidənhazırlanma və ixtisasartırma keçməsi"
sözləri ilə əvəz edilsin.
11. Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, ¹6, maddə 497) ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının Dövlət
Qulluqçuları Reyestrinin aparılması
Qaydaları"nın 10.2-ci bəndinin ikinci cümləsində
"iş" sözü "qulluq keçmə"
sözləri ilə, 10.4-cü bəndində "işlədiyi"
sözü "qulluq keçdiyi" sözləri ilə əvəz
edilsin və 10.5-ci bəndinin ikinci cümləsində "vəzifədə"
sözü çıxarılsın.
12. "Ədliyyə
orqanlarında qulluq keçmə haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹7, maddə 594; 2007-ci il, ¹11,
maddə 1117, ¹12, maddə 1223; 2008-ci il, ¹ 8, maddə 724) 2.2-ci
bəndində "orqanlarında dövlət qulluğuna qəbul
edilən şəxsin dövlət qulluğunda işləməsinin"
sözləri "orqanında dövlət qulluğuna qəbul
edilmək üçün müraciət etmiş şəxsin
dövlət qulluğuna qəbul edilməsinin" sözləri
ilə əvəz edilsin.
13. Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 5 fevral tarixli 522 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, ¹2, maddə 88, ¹12, maddə 1241) ilə təsdiq
edilmiş "Dövlət qulluqçusunun şəxsi
işinin aparılması Qaydaları"nın 13.10-cu bəndində
" təhqiqatın" sözü
"araşdırmanın" sözü ilə əvəz
edilsin.
14. "Dövlət
qulluqçularının əməkhaqlarının
artırılması haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamına
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il,
¹7, maddə 645, ¹8, maddə 723) aşağıdakı dəyişiklik
və əlavələr edilsin:
14.1. 1-ci bənddən
"prokurorluq, milli təhlükəsizlik, sərhəd xidməti,
daxili işlər, ədliyyə, gömrük, vergi
orqanları, feldyeger rabitəsi və" sözləri
çıxarılsın;
14.2. həmin Sərəncama
Əlavə 2 "Azərbaycan Respublikasında dövlət
qulluqçularının aylıq vəzifə
maaşları"nın "Təsnifatlar üzrə inzibati
və yardımçı vəzifələrin adları"
sütununun "İnzibati vəzifələrin təsnifatı
üzrə" bölməsində:
14.2.1. "Yeddinci təsnifat"ın
üçüncü qrafasında "tabeliyində olan
regional orqanlarının" sözlərindən sonra ",mərkəzi
icra hakimiyyəti orqanlarının yanında yaradılan
dövlət agentliklərinin və dövlət xidmətlərinin
yerli bölmələrinin" sözləri əlavə
edilsin;
14.2.2. "Səkkizinci
təsnifat"ın ikinci qrafasında "tabeliyində olan
regional orqanların" sözlərindən sonra ",mərkəzi
icra hakimiyyəti orqanlarının yanında yaradılan
dövlət agentliklərinin və dövlət xidmətlərinin
yerli bölmələrinin" sözləri əlavə
edilsin;
14.2.3. "Doqquzuncu təsnifat"ın
ikinci qrafasında "tabeliyində olan regional orqanlarda"
sözlərindən sonra ",mərkəzi icra hakimiyyəti
orqanlarının yanında yaradılan dövlət agentliklərinin
və dövlət xidmətlərinin yerli bölmələrində"
sözləri, altıncı qrafasında "tabeliyində
olan regional orqanların bölmələrində" sözlərindən
sonra ",mərkəzi icra hakimiyyəti orqanlarının
yanında yaradılan dövlət agentliklərinin və
dövlət xidmətlərinin yerli bölmələrində"
sözləri əlavə edilsin;
14.3.
"Yardımçı vəzifələrin təsnifatları
üzrə" bölməsinin "Altıncı təsnifat"ının
birinci qrafasında "tabeliyində olan regional orqanlarda"
sözlərindən sonra ",mərkəzi icra hakimiyyəti
orqanlarının yanında yaradılan dövlət agentliklərinin
və dövlət xidmətlərinin yerli bölmələrində"
sözləri əlavə edilsin.
15. "Ədliyyə
işçilərinə rütbə dərəcələrinə
görə əlavə haqqın miqdarı barədə"
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr
tarixli 146 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹11, maddə
910; 2008-ci il, ¹5, maddə 365, ¹8, maddə 724) qüvvədən
düşmüş hesab edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 26 iyun.- S. 4.