Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafını dəstəkləmək, onların
maddi-texniki bazasını möhkəmləndirmək,
jurnalistlərin peşəkarlığının
artırılmasına şərait yaratmaq və bu sahədə
digər tədbirlərin həyata keçirilməsinə
davamlı olaraq yardım etmək məqsədilə Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu yaradılmışdır. Azərbaycan
Respublikasının 2009-cu il dövlət büdcəsində
həmin fonda vəsait ayrılmış və gələcək
illərdə bu vəsaitin həcminin artırılması nəzərdə
tutulur. Eyni zamanda, bir sıra qəzet və jurnalların nəşri
üçün dövlət büdcəsindən birbaşa
maliyyə vəsaiti ayrılır ki, bu da kütləvi
informasiya vasitələrinin maliyyələşdirilməsi
işində müəyyən qarışıqlıq
yaradır.
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradıldığını nəzərə
alaraq və kütləvi informasiya vasitələrinin dövlət
büdcəsindən maliyyələşdirilməsi mexanizmini
təkmilləşdirmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə tapşırılsın ki:
1.1. 2010-cu ildən
başlayaraq dövlət büdcəsindən maliyyələşən
qəzet və jurnalların dövlət büdcəsinin mərkəzləşdirilmiş
xərclərində kütləvi informasiya vasitələrinə
dövlət yardımı ilə bağlı nəzərdə
tutulan vəsait hesabına maliyyələşdirilməsi
üçün müvafiq tədbirlər görsün;
1.2. qüvvədə
olan qanunvericilik aktlarının bu fərmana
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.3. Azərbaycan
Respublikası Nazirlər Kabineti və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ-hüquqi
aktlarının bir ay müddətində bu fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. bu fərmandan irəli
gələn digər məsələləri həll etsin.
2. "Azərbaycan
yazıçılarına dövlət
qayğısının artırılması haqqında"
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli
643 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 5, maddə
425; 1999-cu il, ¹ 12, maddə 694) qüvvədən
düşmüş hesab edilsin.
3. "Uşaq mətbuatının
büdcədən maliyyələşdirilməsi
haqqında" Azərbaycan Respublikası Milli Məclisinin
1993-cü il 23 fevral tarixli 519 nömrəli Qərarının
qüvvədən düşməsi məsələsinə
baxılması Azərbaycan Respublikasının Milli Məclisinə
tövsiyə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 26 iyun.- S. 3.