Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 4, maddə
213; 2001-ci il, ¹ 3, maddə 143, ¹ 6, maddə 362, ¹ 11, maddələr
672, 679, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 2, ¹5, maddə
241, ¹ 6, maddə 328; 2003-cü il, ¹ 1, maddələr 9, 23;
2004-cü il, ¹ 1, maddə 10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹
6, maddə 413, ¹ 7, maddə 505, ¹ 9, maddə 672, ¹12, maddə
981; 2005-ci il, ¹ 3, maddə 151, ¹ 4, maddə 278, ¹ 7, maddə 560,
¹ 10, maddə 874, ¹ 11, maddə 1001, ¹ 12, maddə 1094;
2006-cı il, ¹ 3, maddələr 220, 222, ¹ 5, maddə 385, ¹ 11,
maddə 923, ¹12, maddələr 1004, 1025, 1030; 2007-ci il, ¹ 5, maddələr
401, 437, ¹ 6, maddə 560, ¹ 8, maddə 756, ¹ 11, maddələr
1049, 1053; 2008-ci il, ¹ 3, maddə 156, ¹ 7, maddələr 600, 602;
¹ 10, maddə 887, ¹11, maddə 960) 114-cü maddəsinin
3-cü hissəsinin "b" bəndində
"çalışan" sözü "qulluq keçən"
sözləri ilə əvəz edilsin.
II. "Polis
haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 11, maddə
611; 2001-ci il, ¹ 11, maddə 699, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 3,
maddə 118, ¹ 6, maddə 328; 2003-cü il, ¹ 1, maddə 22, ¹ 8,
maddə 424; 2004-cü il, ¹ 2, maddə 57, ¹ 3, maddə 133;
2006-cı il, ¹2, maddələr 74, 75, ¹ 11, maddə 927; 2007-ci
il, ¹ 8, maddə 756; 2008-ci il, ¹ 4, maddə 251, ¹ 7, maddə 602,
¹ 8, maddə 696; Azərbaycan Respublikasının 2008-ci il 2
oktyabr tarixli 690-IIIQD nömrəli Qanunu) 28-ci maddəsinin I
hissəsində "aşağı olmayan" sözlərindən
sonra "və Azərbaycan Respublikasının dövlət
dilini sərbəst bilən" sözləri əlavə
edilsin.
III. "Prokurorluq
haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 12, maddə
688; 2000-ci il, ¹ 7, maddə 494; 2002-ci il, ¹ 8, maddə 464;
2004-cü il, ¹ 1, maddə 10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹
4, maddə 202; 2005-ci il, ¹ 10, maddələr 874, 876, 902;
2006-cı il, ¹ 11, maddə 927; 2007-ci il, ¹ 1, maddə 1, ¹ 2, maddə
82) 29-cu maddəsinin birinci hissəsində "keyfiyyətlərinə
malik" sözlərindən sonra "və Azərbaycan
Respublikasının dövlət dilini sərbəst bilən"
sözləri əlavə edilsin, beşinci hissəsinin ikinci
cümləsində "bir illik" sözləri
"altı aylıq" sözləri ilə əvəz
edilsin.
IV. Azərbaycan
Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci
il, ¹ 1, maddə 12; 2001-ci il, ¹ 12, maddələr 731, 736;
2004-cü il, ¹ 2, maddə 57; 2005-ci il, ¹ 4, maddə 274, ¹ 7, maddə
590; 2006-cı il, ¹ 11, maddə 926; 2007-ci il, ¹ 1, maddə 1, ¹ 8,
maddə 756, ¹11, maddə 1078; 2008-ci il, ¹ 3, maddə 155) ilə
təsdiq edilmiş "Gömrük orqanlarında xidmət
haqqında Əsasnamə"yə aşağıdakı dəyişikliklər
və əlavələr edilsin:
1. 1-ci maddədə
"dövlət xidmətinin" sözləri "dövlət
qulluğunun" sözləri ilə əvəz edilsin.
2. 10-cu maddədə
"yerinə yetirə" sözlərindən sonra "və
Azərbaycan Respublikasının dövlət dilini sərbəst"
sözləri əlavə edilsin.
V. Azərbaycan
Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 7, maddə 443; 2006-cı il, ¹ 6, maddə 486, ¹ 11,
maddə 927, ¹ 12, maddə 1013; 2007-ci il, ¹ 1, maddə 1, ¹ 5, maddə
441, ¹ 8, maddə 756, ¹ 11, maddə 1078; 2008-ci il, ¹3, maddə
155, ¹ 4, maddə 253) ilə təsdiq edilmiş "Dövlət
vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin
7-ci maddəsində "malik olan" sözlərindən
sonra "və Azərbaycan Respublikasının dövlət
dilini sərbəst bilən" sözləri əlavə
edilsin.
VI. "Prokurorluq
orqanlarında qulluq keçmə haqqında" Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 7, maddə 452, ¹ 12, maddə
731; 2002-ci il, ¹ 12, maddə 706; 2005-ci il, ¹ 10, maddə 902;
2006-cı il, ¹ 11, maddə 927; 2007-ci il, ¹ 1, maddələr 1,
4, ¹ 2, maddə 82, ¹ 6, maddə 570, ¹ 8, maddə 756, ¹ 11, maddələr
1078, 1081; 2008-ci il, ¹ 3, maddə 155, ¹ 4, maddə 250, ¹ 8, maddə
696) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2-ci maddədə
"girmək" sözü "qəbul edilmək"
sözləri ilə əvəz edilsin.
2. 3.3-cü maddədə
"əmək münasibətləri" sözlərindən
sonra "Dövlət qulluğu haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə, dövlət qulluqçusu
olmayan işçilərin (xadimə, dalandar, bağban,
gözətçi, ocaqçı, ixtisas dərəcəsi
olmayan fəhlə və s.) isə əmək münasibətləri"
sözləri əlavə edilsin
3. 4.4-cü maddənin
ikinci cümləsində "söhbətdən"
sözü "müsahibədən" sözü ilə əvəz
edilsin.
4. 5.2-ci maddənin
üçüncü cümləsində "bir illik"
sözləri "altı aylıq" sözləri ilə əvəz
edilsin.
VII. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli
168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 7, maddə 453, ¹ 12, maddə 731;
2004-cü il, ¹ 10, maddə 760; 2005-ci il, ¹ 4, maddə 280, ¹ 10,
maddələr 871, 872; 2006-cı il, ¹ 10, maddə 846, ¹11, maddə
927; 2007-ci il, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1073, 1081;
2008-ci il, ¹ 3, maddə 155; Azərbaycan Respublikasının
2008-ci il 2 oktyabr tarixli 689-IIIQD nömrəli Qanunu) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının daxili işlər
orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə
aşağıdakı dəyişikliklər və əlavə
edilsin:
1. 2-ci maddənin ikinci
hissəsində "girmək" sözü "qəbul
edilmək" sözləri ilə əvəz edilsin.
2. 11-ci maddənin birinci
hissəsində "dövlət dilini" sözlərindən
sonra "sərbəst" sözü əlavə edilsin.
3. 16-cı maddənin
birinci cümləsində "söhbətdən"
sözü "müsahibədən" sözü ilə əvəz
edilsin.
VIII. "Diplomatik xidmət
haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 9, maddə
567; 2002-ci il, ¹ 12, maddə 703; 2004-cü il, ¹ 6, maddə 414;
2005-ci il, ¹ 10, maddə 873; 2008-ci il, ¹ 3, maddə 155)
preambulasında "bir" sözü "xüsusi"
sözü ilə, 7.1-ci maddəsində "və
sağlamlıq vəziyyətinə malik olan" sözləri
", sağlamlıq vəziyyətinə malik olan və Azərbaycan
Respublikasının dövlət dilini sərbəst bilən"
sözləri ilə əvəz edilsin.
IX. Azərbaycan
Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 5, maddə 217; 2003-cü il, ¹ 12 (I kitab), maddə
671; 2006-cı il, ¹ 5, maddə 386, ¹ 8, maddə 697) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Dövlət
Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə"nin
2.1.7-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"dövlət
qulluqçularının peşə hazırlığı,
təcrübə, yenidənhazırlanma və ixtisasartırma
keçmə sahəsində işlərin təhlili və
bununla bağlı təkliflərin hazırlanması;".
X. "Dövlət
qulluqçularının icbari sığortası
haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə
247; 2003-cü il, ¹ 12 (I kitab), maddə 671; 2005-ci il, ¹ 8, maddə
692; 2007-ci il, ¹ 6, maddə 560; 2008-ci il, ¹ 6, maddə 462, ¹ 7,
maddə 602) 5.3-cü maddəsində "Sığorta olunan
işdən çıxdıqda və ya başqa işə
keçdikdə" sözləri "Dövlət
qulluğuna xitam verilmiş və ya başqa işə
keçmiş sığorta olunan" sözləri ilə əvəz
edilsin.
XI. "Dövlət
qulluqçusu üçün hakimiyyət səlahiyyətinin
icrasına görə əlavə haqqın təyin edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 7, maddə
386; 2003-cü il, ¹ 12 (I kitab), maddə 671) 4-cü maddəsində
"işlədiyi" sözü "qulluq keçdiyi"
sözləri ilə əvəz edilsin.
XII. "Dövlət
qulluqçularının vəzifə maaşlarına yerli əmsalların
müəyyən edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 7, maddə 387) 2-ci maddəsində
"çalışan" sözü "qulluq keçən"
sözləri ilə, 3-cü maddəsinin ikinci hissəsində
və 4-cü maddəsində "işlədiyi"
sözü "qulluq keçdiyi" sözləri ilə əvəz
edilsin.
XIII. "Əmək
pensiyaları haqqında" Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 3, maddə 208, ¹ 12, maddə 1019; 2007-ci il, ¹ 12,
maddə 1194; 2008-ci il, ¹ 4, maddə 254, ¹ 6, maddə 464, ¹ 7,
maddə 602, ¹ 8, maddələr 699, 710) 20.1.7-ci və 20.1.8-ci
maddələrində "işdən azad edilmiş"
sözləri "dövlət qulluğuna xitam
verilmiş" sözləri ilə əvəz edilsin.
XIV. "Ədliyyə
orqanlarında qulluq keçmə haqqında" Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 7, maddə 586; 2007-ci il, ¹ 1, maddə
1, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1078, 1081; 2008-ci il, ¹ 3,
maddə 155, ¹ 6, maddələr 462, 481, ¹ 8, maddə 710)
aşağıdakı dəyişikliklər və əlavələr
edilsin:
1. 2.2-ci maddədə
"girmək" sözü "qəbul edilmək"
sözləri ilə əvəz edilsin.
2. 4.1-ci maddədə
"milliyyətindən," sözündən sonra
"dinindən," sözü əlavə edilsin, "dinə
münasibətindən," sözləri
çıxarılsın və "malik olan" sözlərindən
sonra "və Azərbaycan Respublikasının dövlət
dilini sərbəst bilən" sözləri əlavə
edilsin.
3. 6.1-ci maddənin
birinci cümləsində "altı aylıq" sözləri
"bir illik" sözləri ilə, ikinci cümləsində
"bir illik" sözləri "altı aylıq"
sözləri ilə əvəz edilsin.
4.
aşağıdakı məzmunda 16.3-cü maddə əlavə
edilsin:
"16.3. Ədliyyə
orqanları işçisinin təcrübə, yenidənhazırlanma
və ixtisasartırma keçməsi vaxtı ədliyyə
orqanlarında iş stajına hesablanır, qulluq illərinə
görə əlavələr və pensiya təyin olunarkən
nəzərə alınır.".
5. 40.1.9-cu maddədə
"4.5-ci" sözü "4.6-cı" sözü ilə
əvəz edilsin.
XV. "Dövlət
qulluqçularının etik davranış qaydaları
haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
750) aşağıdakı dəyişikliklər edilsin:
1. 11.1-ci maddədə
"milliyyətinə," sözündən sonra "dininə,"
sözü əlavə edilsin, "dinə münasibətinə,"
sözləri çıxarılsın.
2. 13.1-ci maddənin
ikinci cümləsində və 13.2-ci maddədə
"işlədiyi" sözü "qulluq keçdiyi"
sözləri ilə əvəz edilsin.
3. 15.3-cü maddədə:
3.1. birinci cümlədə
"işə" sözü "vəzifəyə"
sözü ilə əvəz edilsin;
3.2. ikinci cümlə aşağıdakı
redaksiyada verilsin:
"Dövlət
qulluğuna xitam verildikdən sonra dövlət qulluqçusu
qanunvericiliklə müəyyən edilmiş müddət ərzində
əvvəllər fəaliyyətinə nəzarət etdiyi
idarə, müəssisə, təşkilatlara və ya
onların bölmələrinə işə qəbul edilə
bilməz.".
XVI. Bu Qanun dərc
edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2009-cu il
Azərbaycan.- 2009.- 26 iyun.- S. 4.