Heydər Əliyev adına
Ali Hərbi Məktəbdə buraxılış
mərasimi olmuşdur
İyunun 25-də Heydər
Əliyev adına Ali Hərbi Məktəbin
kursantlarının növbəti buraxılış mərasimi
olmuşdur.
Silahlı Qüvvələrin
təhsil müəsssisələrinin 9-cu buraxılış
gecəsində təhsildə fərqlənmiş məzunlara
diplomlar təqdim edilmişdir.
Əvvəlcə
ümummilli lider Heydər Əliyevin ali təhsil
ocağının həyətində ucaldılmış abidəsi
ziyarət olunmuşdur.
Mərasimdə
çıxış edən müdafiə naziri Səfər Əbiyev
Prezident, Ali Baş Komandan İlham Əliyevin təbrikini məzunlara
çatdırmışdır. Azərbaycan ordusunun
günü-gündən qüdrətləndiyini bildirən
nazir əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş milli ordumuzun inkişafının Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir.
Sonra təhsillərini
uğurla başa vurmuş məzunlara diplomlar təqdim
olunmuşdur.
Məktəbin
marşı ifa olunduqdan sonra kursantlar təntənəli hərbi
marşın sədaları altında tribunanın
qarşısından keçmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 26 iyun.- S. 6.