Səhiyyə xidmətinin səviyyəsi yüksəlir
Ölkəmizin gündən-günə
artan iqtisadi qüdrəti fonunda Sabirabad rayonunda rahat
yolların çəkilməsi, yaraşıqlı park və
xiyabanların salınması, çoxsaylı yeni obyektlərin
tikilməsi dövlətin yeritdiyi siyasətdə sosial
yönümün üstünlüyünü təsdiq edir.
Son illər
regionların sosial-iqtisadi inkişafında səhiyyənin
maddi-texniki bazasının əsaslı şəkildə
möhkəmləndirilməsi buna əyani sübutdur. Əhaliyə
göstərilən səhiyyə xidmətinin müqayisəolunmaz
dərəcədə yaxşılaşdırılması
hamı tərəfindən böyük razılıqla
qarşılanır. Dövlət büdcəsindən səhiyyəyə
ayrılan vəsaitin ildən - ilə artırılması bu
sahədə iri həcmli layihələrin həyata
keçirilməsinə geniş imkanlar açır. Keçən
ilin fevralından Səhiyyə Nazirliyinin tabeliyində olan
bütün müalicə - profilaktika müəssisələrində
pullu tibbi xidmətin ləğv olunması Prezident İlham Əliyevin
sosialyönümlü siyasətinin bariz nümunəsi kimi hər
bir ölkə vətəndaşının qəlbində hədsiz
razılıq doğurmuşdur.
Biz də Sabirabad əhalisinə
nümunəvi səhiyyə xidməti göstərmək sahəsində
müəyyən uğurlar qazanmışıq. Mərkəzi
rayon xəstəxanasının ayrı-ayrı şöbələri
əsaslı təmir edilmişdir. Xəstələrin ərzaq
və zəruri dərman preparatları ilə təminatı
yaxşılaşdırılmışdır. 1500 nəfərdən
çox şəkərli diabet xəstəsinin zəruri dərmanlarla
təminatındakı problemlər aradan
qaldırılmışdır. Yeni aldığımız
Yaponiyanın "Toşiba" firmasının istehsalı
olan müayinə aparatı xidmətin səmərəsini
xeyli artırıb.
Hazırda mərkəzi
rayon xəstəxanasının dam örtüyü dəyişdirilir,
həyətində abadlıq işləri davam etdirilir. Yaxın
günlərdə Nizami kənd xəstəxanasının əsaslı
təmirinə başlanacaqdır.
Həyata keçirilən
məqsədyönlü tədbirlər nəticəsində
tibb işçilərinin iş şəraiti xeyli
yaxşılaşıb, xəstələrə nümunəvi
xidmət göstərmək üçün geniş imkanlar
yaranıb. Dövlət başçısının sərəncamı
ilə son 3 ildə tibb işçilərinin məvaciblərinin
5 dəfə artırılması sosial vəziyyətimizin
yaxşılaşdırılmasına əsaslı təsir
göstərməklə yanaşı, məsuliyyətimizi də
artırır, üzərimizə yeni vəzifələr
qoyur.
Ümumdünya Səhiyyə
Assambleyasının 60-cı sessiyasında Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən
"Ana, uşaq və ailə sağlamlığının
qorunmasında və möhkəmləndirilməsində
müstəsna xidmətlərinə görə"
mükafatı ilə təltif edilməsi onu göstərir
ki, ölkə rəhbərliyinin Azərbaycan səhiyyəsinə
diqqəti və qayğısı artıq beynəlxalq səviyyədə
də təsdiq olunur. Bütün bunlar isə bizi daha səmərəli
işləməyə ruhlandırır. Xəstələrə
təcili və təxirəsalınmaz tibbi xidmətin səviyyəsini
də xeyli yüksəltmişik.
Təcili yardım
stansiyasının əvvəlki acınacaqlı vəziyyətindən
əsər-əlamət qalmayıb. Stansiya əsaslı təmir
edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur. Yeni
aldığımız iki təcili yardım maşını
çağırışlara operativ çatmağa imkan
verir. Rayonun Ulacalı, Qaratəpə kənd sahə xəstəxanaları,
Yolçubəyli, Həşimxanlı həkim
ambulatoriyaları, Axtaçı və Xəlfəli feldşer-mama
məntəqələri təmir olunmuşdur. Humanitar təşkilatlar
tərəfindən Mürsəlli və Osmanlı kəndlərində
feldşer-mama məntəqələri tikilib əhalinin istifadəsinə
verilmişdir. Bununla belə hələ görüləcək
işlərimiz də çoxdur. Müasir diaqnostik cihazlara, rentgen,
laborator və fizioterapevtik avadanlıqlara böyük ehtiyac
vardır.
Əlifağa NADİROV,
Sabirabad Rayon Mərkəzi
Xəstəxanasının baş həkimi
Azərbaycan.- 2009.- 26 iyun.- S. 7.