"Dərman vasitələri haqqında" Azərbaycan
Respublikasının Qanununa
dəyişikliklər və
əlavələr edilməsi
barədə" Azərbaycan
Respublikasının 2009-cu il
14 aprel tarixli 794-IIIQD nömrəli qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Dərman vasitələri
haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. "Dərman vasitələri
haqqında" Azərbaycan Respublikası Qanununun 6.9-cu maddəsində
nəzərdə tutulmuş dərman vasitələrinin elmi tədqiqatlarının,
klinikaya qədər tədqiqatlarının və klinik
sınaqlarının aparılması qaydalarını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. öz səlahiyyətləri
daxilində "Dərman vasitələri haqqında" Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər və əlavələr
edilməsi barədə" Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. "Dərman vasitələri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli fərmanına
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il,
¹ 2, maddə 94, ¹ 11, maddə 1111; Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 81 nömrəli
fərmanı) aşağıdakı dəyişikliklər və
əlavələr edilsin:
2.1. 2.1-ci bənddə
"6.8-ci maddəsində" sözləri "6.8-ci və
6.9-cu maddələrində" sözləri ilə,
"9.3-cü və 9.5-ci maddələrində" sözləri
"9.3-cü maddəsində, 9.5-ci maddəsinin ikinci cümləsində"
sözləri ilə əvəz edilsin;
2.2. 2.2-ci bənddə
"6.5.4-cü" sözlərindən sonra ",
6.5.8-ci" sözləri, "10.2-ci" sözlərindən
əvvəl "9.5-ci maddəsinin birinci cümləsində,"
sözləri əlavə edilsin;
2.3. 2.3-cü bəndin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və Fərmana
aşağıdakı məzmunda 2.4-cü bənd əlavə
edilsin:
"2.4. həmin qanunun
4.5-ci maddəsində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası
həyata keçirir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2009-cu il.
Azərbaycan.- 2009.- 28 iyun.- S. 1.