Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin
fəaliyyətinin təmin
edilməsi haqqında
Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin fəaliyyətini təmin etmək məqsədi
ilə qərara alıram:
1. "Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə
olunur).
2. "Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin strukturu və tabeliyində olan qurumlar" təsdiq
edilsin (əlavə olunur).
3. "Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət
Reyestri Xidməti haqqında Əsasnamə" təsdiq
edilsin (əlavə olunur).
4. Keçmiş Azərbaycan
Respublikası Dövlət Əmlakının İdarə
Edilməsi üzrə Dövlət Komitəsinin
İxtisaslaşdırılmış Hərracların Təşkili
üzrə Auksion Mərkəzinin bazasında Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsi yanında Hərracların Təşkili üzrə
Auksion Mərkəzi yaradılsın.
5. "Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsi yanında Hərracların Təşkili üzrə
Auksion Mərkəzi haqqında Əsasnamə" təsdiq
edilsin (əlavə olunur).
6. Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsi və onun strukturuna daxil olan dövlət
orqanlarının işçilərinin say həddi 726
ştat vahidi, o cümlədən Dövlət Komitəsi
aparatı işçilərinin say həddi 260 ştat vahidi, ərazi
şöbələrinin işçilərinin say həddi 315
ştat vahidi, Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidməti aparatının işçilərinin
say həddi 80 ştat vahidi, Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsinin yanında Hərracların
Təşkili üzrə Auksion Mərkəzi aparatının
işçilərinin say həddi 71 ştat vahidi müəyyən
edilsin.
7. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki:
7.1. on gün müddətində
Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin və onun strukturuna daxil olan
qurumların cari il üçün maliyyə təminatı
ilə bağlı məsələlərini həll etsin;
7.2. bir ay müddətində
Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin təkliflərini nəzərə
almaqla Komitənin tabeliyində olan qurumların fəaliyyətinin
təmin edilməsi ilə bağlı müvafiq tədbirlər
görsün;
7.3. iki ay müddətində
qüvvədə olan qanunvericilik aktlarının bu fərmana
uyğunlaşdırılması və dövlət əmlakının
idarə edilməsi, habelə daşınmaz əmlaka dair
hüquqların qeydiyyatını tənzimləyən
qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
7.4. bir ay müddətində
Azərbaycan Respublikası Nazirlər Kabinetinin və
müvafiq icra hakimiyyəti orqanlarının normativ-hüquqi
aktlarının bu fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin.
7.5. bu fərmandan irəli
gələn digər məsələləri həll etsin.
8. Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsinə tapşırılsın ki, Komitənin
tabeliyində hüquqi şəxs statuslu Daşınmaz Əmlakın
Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzini,
İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə
Mərkəzini təsis etsin və nizamnamələrini təsdiq
etsin.
9. Azərbaycan
Respublikasının Vergilər Nazirliyinə
tapşırılsın ki, Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsinin tabeliyində
yaradılacaq Daşınmaz Əmlakın Kadastrı və
Texniki İnventarlaşdırma Mərkəzinin, İnformasiya
Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin
dövlət qeydiyyatına alınmasını təmin etsin.
10. Qanunvericiliyə
uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak obyektləri
üzrə kadastr aparan icra hakimiyyəti orqanlarına tapşırılsın
ki, onlarda olan kadastr məlumatlarını hər rüb Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsinə təqdim etsinlər.
11. Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsinə tapşırılsın ki, daşınmaz əmlakın
vahid kadastrının müvafiq məlumatlarını hər
rüb qanunvericiliklə müəyyən edilmiş qaydada
ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə
kadastr aparan icra hakimiyyəti orqanlarına təqdim etsin.
12. "Azərbaycan
Respublikasının Daşınmaz Əmlakın Dövlət
Reyestri Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci
il 30 avqust tarixli 286 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹8, maddə
718; 2006-cı il, ¹ 1, maddə 11, ¹ 5, maddə 409; 2007-ci il, ¹6,
maddə 606; 2008-ci il, ¹ 11, maddə 970) 1-ci, 6-cı və 7-ci
bəndləri və "Azərbaycan Respublikasının
Dövlət Əmlakının İdarə Edilməsi
üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 313 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹ 11, maddə 1008; 2006-cı il, ¹ 2, maddə
88; 2007-ci il ¹ 6, maddə 606; 2008-ci il, ¹ 11, maddə 970) qüvvədən
düşmüş hesab edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 28 iyun.- S. 2.