"Bələdiyyələrin
statusu haqqında"
Azərbaycan Respublikasının
Qanununa əlavə edilməsi barədə
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. "Bələdiyyələrin
statusu haqqında" Azərbaycan Respublikasının Qanununa
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il,
¹ 7, maddə 405; 2001-ci il, ¹11, maddələr 689, 690, ¹ 12, maddə
736; 2002-ci il, ¹ 5, maddə 242; 2003-cü il, ¹ 1, maddələr
11, 16, ¹ 6, maddə 256; 2004-cü il, ¹ 1, maddə 10, ¹ 4, maddə
202, ¹ 5, maddə 314, ¹ 6, maddə 397; 2005-ci il, ¹ 2, maddə 62;
2006-cı il, ¹ 2, maddə 67, ¹ 11, maddə 923, ¹ 12, maddə
1005; 2007-ci il, ¹ 11, maddələr 1053, 1082; 2008-ci il, ¹ 5, maddə
354) aşağıdakı məzmunda 13-1-ci maddə əlavə
edilsin:
"Maddə 13-1. Bələdiyyələrin
Dövlət reyestri
Azərbaycan
Respublikasında bütün bələdiyyələr Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən
aparılan bələdiyyələrin Dövlət reyestrinə
daxil edilir və onlara müvafiq şəhadətnamə
verilir.
Bələdiyyələrin
Dövlət reyestrinin aparılması Azərbaycan
Respublikasının müvafiq qanunu ilə müəyyənləşdirilir.".
II. Bu qanun dərc
edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 28 iyun.- S. 2.