Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidməti haqqında Əsasnamə"  əlavə dəyişikliklərin edilməsi barədə

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹1, maddə 12; 2001-ci il, ¹12, maddələr 731, 736; 2004-cü il, ¹ 2, maddə 57; 2005-ci il, ¹4, maddə 274, ¹ 7, maddə 590; 2006-cı il, ¹ 11, maddə 926; 2007-ci il, ¹1, maddə 1, ¹ 8, maddə 756, ¹11, maddə 1078; 2008-ci il, ¹ 3, maddə 155, ¹ 8, maddələr 694, 696) ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin 104-cü maddəsində "həlak olduqda" sözlərindən sonra "(vəfat etdikdə)" sözləri əlavə edilsin, "habelə sonrakı peşə fəaliyyəti ilə məşğul olmaq imkanından məhrum edən bədən xəsarəti və digər bədən xəsarəti" sözləri "xəsarət (yaralanma, travma, kontuziya)" sözləri ilə əvəz edilsin.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 may 2009-cu il

 

Azərbaycan.- 2009.- 28 iyun.- S. 2.