"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

öz səlahiyyətləri daxilində "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2009-cu il

 

Azərbaycan.- 2009.- 28 iyun.- S. 2.