Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturu və tabeliyində olan qurumlar Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir  

 

I. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurumlar

 

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin aparatı;

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti;

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi;

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri.

 

II. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan qurumlar

 

1. Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi;

2. İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi;

3. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri;

4. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi.

 

 

Azərbaycan.- 2009.- 28 iyun.- S. 3.