Astana şəhərində NATO Parlament Assambleyasının 71-ci "Rouz-Rout" seminarı keçirilmişdir
Astana şəhərində NATO Parlament Assambleyasının (NATO PA) 71-ci "Rouz-Rout" seminarı keçirilmişdir.
Bir sıra Avropa və Mərkəzi Asiya ölkələrinin qanunverici orqanlarının nümayəndələri, beynəlxalq təşkilatların ekspertləri, dünya tədqiqat institutları mütəxəssislərinin qatıldıqları seminarda Azərbaycanı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və deputat Jalə Əliyeva təmsil etmişlər.
Qazaxıstan parlamenti Senatının sədri Qasımcomart Tokayev tədbir iştirakçılarını salamlamış, nüvə silahının yayılmaması ilə əlaqədar Qazaxıstanın təşəbbüsləri, Əfqanıstanda vəziyyətin sabitləşməsi və bununla da Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin olunması, bu ölkənin regionun inteqrasiya proseslərinə cəlb edilməsi, bu ölkə ilə iqtisadi və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsi, fərdi biznesin inkişafı və digər məsələlər haqqında söhbət açmışdır.
Tədbirdə Mərkəzi Asiyada iqtisadiyyatın inkişafı, ticarət və investisiya məsələləri, regionda vətəndaş cəmiyyətinin bugünkü vəziyyəti, insan hüquqlarının və ətraf mühitin qorunması və bir sıra digər mövzularda müzakirələr aparılmışdır.
Azərbaycan.- 2009.- 28 iyun.-
S. 5.