Almaniya Azərbaycan ilə miqrasiya sahəsində əlaqələrin
genişləndirilməsində maraqlıdır
Dövlət Miqrasiya
Xidmətinin (DMX) rəisi Arzu Rəhimov Azərbaycanda səfərdə
olan Almaniya Federativ Respublikasının daxili işlər
nazirinin müavini Auqust Hanninqin başçılıq etdiyi
nümayəndə heyəti ilə
görüşmüşdür.
Ölkələrimiz
arasındakı mövcud münasibətlərdən
danışan Auqust Hanninq bildirmişdir ki, son illər Azərbaycan
böyük inkişafa nail olmuşdur. Bakının
inkişafına da toxunan Auqust Hanninq burada gedən abadlıq və
quruculuq işlərini xüsusi vurğulamışdır.
Qonaq münasibətləri
dərinləşdirmək üçün səmərəli
danışıqlar apardıqlarını, miqrasiya sahəsində
əlaqələrin genişləndirilməsində maraqlı
olduqlarını qeyd etmiş, əməkdaşlığın
bundan sonra da uğurla davam edəcəyinə əminliyini
bildirmişdir.
A.Rəhimov
bildirmişdir ki, miqrasiya proseslərinin tənzimlənməsi,
miqrasiya siyasətinin formalaşdırılması, ümumiyyətlə,
miqrasiya proseslərinə nəzarətin təmin edilməsi məqsədilə
Azərbaycan Prezidentinin 2007-ci il 19 mart tarixli Fərmanı ilə
Dövlət Miqrasiya Xidməti yaradılmış və
qarşıya ciddi vəzifələr qoyulmuşdur. Xidmətdə
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin ölkədə müvəqqəti
olma müddətlərinin artırılması,
qaçqın statusunun müəyyən edilməsi ilə
bağlı qərarlar qəbul edilir, onların müvəqqəti
və ya daimi yaşamasına icazə verilməsi və vətəndaşlıq
məsələlərinə baxılır.
Xidmətdə "bir pəncərə"
prinsipinin tətbiqi ilə bağlı ətraflı məlumat
verən DMX-nin rəisi diqqətə
çatdırmışdır ki, Prezident İlham Əliyevin
miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə"
prinsipinin tətbiqi haqqında Fərmanı Azərbaycana gələn
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin ölkə ərazisində qanuni əsaslarla
yaşaması və əmək fəaliyyəti ilə məşğul
olması üçün müvafiq icazələrin verilməsi,
onların yaşayış yeri üzrə qeydiyyata
alınması prosedurlarının sadələşdirilməsinə,
uyğun dövlət qurumlarının işində şəffaflığın
təmin olunmasına xidmət edəcəkdir.
Görüşdə
miqrasiya sahəsində birgə əməkdaşlığın
daha da genişləndirilməsi və digər məsələlər
barədə ətraflı müzakirələr
aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 28 iyun.- S. 6.