Müdafiə Nazirliyində "qaynar xətt" yaradılmışdır

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, hərbi çağırışa cəlb olunan gənclərin valideynləri və yaxınları onların hansı hərbi hissədə xidmət edəcəyini əvvəlcədən öyrənmək üçün Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin nəzdində yaradılmış "qaynar xətt"ə (438- 61-10, 439-23-55, 439-90-28, 439-55-14) zəng edə bilərlər.

Çağırışçıların yaxınlarının şikayət və müraciətlərini araşdırmaq üçün Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsi yanında işçi qrup fəaliyyət göstərir: 439-23-76, 438-61-31, 438-61-74.

Vətəndaşlar müvafiq hərbi komissarlıqlar vasitəsilə də yaxınlarının hansı hərbi hissədə xidmət edəcəyini öyrənə bilərlər. Bu barədə bütün hərbi komissarlıqlara Müdafiə Nazirliyi tərəfindən lazımi göstərişlər verilmiş və siyahılar artıq hərbi komissarlıqlara göndərilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 28 iyun.- S. 6.