İyunun 28-də təkbətək
görüş başa çatdıqdan sonra Azərbaycan
Prezidenti İlham Əliyevin və İsrail Prezidenti Şimon
Peresin nümayəndə heyətlərinin iştirakı ilə
geniş tərkibdə görüşü olmuşdur.
Azərbaycan dövlətinin
başçısı İlham ƏLİYEV qonaqları
salamlayaraq dedi:
- Hörmətli cənab
Prezident!
Hörmətli qonaqlar!
Sizi Azərbaycanda bir
daha salamlamaq istərdim. Əminəm ki, səfər uğurlu
olacaqdır.
Biz sizinlə ikitərəfli
münasibətlərə, o cümlədən regional və
beynəlxalq məsələlərə dair geniş
müzakirə apardıq. Əminəm ki, nümayəndə
heyətlərimizin üzvləri də bir-biri ilə söhbət
edə biləcəklər və ikitərəfli münasibətlərimizə
aid məsələləri nəzərdən keçirəcəklər.
Münasibətlərimiz uğurla inkişaf edir. Əməkdaşlığımızın
səviyyəsindən məmnunuq. İqtisadiyyatın müxtəlif
sahələrində yaxşı imkanlar var. Humanitar sahədə
məsələlər üzrə də əməkdaşlıq
edirik. Siz bizə ölkənizin iş adamlarından ibarət
böyük bir qrupla gəlmisiniz. Hesab edirəm ki,
işgüzar dairələr arasındakı əlaqələr
ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə
xidmət edir
AzərTAc
Azərbaycan.- 2009.- 30 iyun.- S. 1.