Azərbaycan-İsrail sənədlərinin
imzalanması
İyunun 28-də
geniş tərkibdə danışıqlar başa
çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin
və İsrail Prezidenti Şimon Peresin iştirakı ilə
Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi
olmuşdur.
"Azərbaycan
Respublikası hökuməti və İsrail dövləti
hökuməti arasında mədəniyyət, təhsil və
elm sahəsində əməkdaşlıq haqqında
Saziş"i Azərbaycanın mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev və İsrailin elm və
texnologiya naziri Daniel Herşkovitz imzaladılar.
"Azərbaycan
Respublikası hökuməti və İsrail dövləti
hökuməti arasında informasiya və kommunikasiya
texnologiyaları sahəsində əməkdaşlıq
haqqında Saziş"i Azərbaycanın rabitə və
informasiya texnologiyaları naziri Əli Abbasov və İsrailin
milli infrastruktur naziri Uzi Landau imzaladılar.
AzərTAc
Azərbaycan.- 2009.- 30 iyun.- S. 2.