Azərbaycan-Rusiya əlaqələri
dinamik sürətlə
inkişaf edir
İyunun 29-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya
Federasiyasının Prezidenti Dmitri Medvedevin təkbətək
görüşü olmuşdur.
Azərbaycan Prezidenti
İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevi
qarşıladı.
Görüşdə Azərbaycan
ilə Rusiya arasında əlaqələrin bütün sahələrdə
uğurla inkişaf etdiyi bildirildi. Bu əlaqələrin gələcəkdə
də inkişaf edəcəyinə əminlik ifadə olundu.
Həmçinin
görüşdə ikitərəfli, regional və beynəlxalq
məsələlərə dair fikir mübadiləsi
aparıldı.
AzərTAc
Azərbaycan.- 2009.- 30 iyun.- S. 4.