Azərbaycan Rusiya prezidentlərinin geniş tərkibdə görüşü

 

İyunun 29-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

- Hörmətli Dmitri Anatolyeviç!

Hörmətli qonaqlar!

Sizi Azərbaycanda salamlamağa şadam. Xoş gəlmisiniz! Biz Sizin gəlişinizi gözləyirdik və bu səfər qısamüddətli olsa da, ümid edirik ki, kifayət qədər səmərəli olacaqdır. Son bir ildə biz bir neçə dəfə görüşmüşük və bu, bizim münasibətlərimizin dinamik xarakterini göstərir. Bu gün biz xatırladıq ki, düz bir il əvvəl Siz Azərbaycanda rəsmi səfərdə olmusunuz və həmin səfər çərçivəsində imzalanmış dostluq və strateji əməkdaşlıq haqqında bəyannamə uğurla yerinə yetirilir.

Biz çox şadıq ki, bir il sonra Sizi yenidən Bakıda görmək, ikitərəfli münasibətlərin mühüm məsələlərini, regional problemləri, - adətən olduğu kimi, - dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət ruhunda müzakirə etmək imkanı var. Biz Sizin gəlişinizə həmişə şadıq.

Bir daha xoş gəlmisiniz!

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 iyun.- S. 4.