Azərbaycan və Rusiya prezidentlərinin geniş tərkibdə görüşü
Rusiya Prezidenti Dmitri
MEDVEDEV təşəkkürünü bildirərək dedi:
- Çox sağ olun,
İlham Heydər oğlu! Bu gün Azərbaycana gəlmək
mənə də çox xoşdur.
Bizim iş cədvəllərimiz
çox gərgindir. Lap yaxın vaxtlarda Sizinlə Peterburqda
görüşmüşdük, ondan əvvəl də Siz
Rusiyaya səfər etmişdiniz. Mənim indiki səfərim
işgüzar səfərdir, Sizin düzgün olaraq qeyd
etdiyiniz kimi, nisbətən qısamüddətli, lakin məzmunlu
səfərdir, çünki biz görüşün gündəliyini
hərtərəfli hazırlamışıq. Bir sıra sənədlər
üzərində iş aparılmışdır, onlar bu
gün imzalanacaqdır. Əlbəttə, bu, ölkələrimiz,
xalqlarımız arasında münasibətlərin -
xalqlarımızı bir-birinə bağlayan ənənəvi
dostluq, mehriban qonşuluq münasibətlərinin strateji
xarakterini əks etdirir və biz həmin münasibətlərin
daha da inkişaf etməsi üçün lazım olan hər
şeyi etməyə hazırıq.
Ümidvaram ki,
bugünkü görüşün nəticəsində biz əməkdaşlığın
yeni formatlarını müəyyən edəcək,
iqtisadiyyat haqqında da söhbət edəcəyik,
çünki bu da çox vacibdir. Əlbəttə, biz siyasət
haqqında da, o cümlədən xarici siyasət məsələləri
barədə də söhbət edəcəyik.
AzərTAc
Azərbaycan.- 2009.- 30 iyun.- S. 4.