MDU-nun Bakı filialının yeni binasının təməli
qoyulmuşdur
Moskva Dövlət
Universitetinin Bakı filialının tarixində
əlamətdar hadisə
baş vermişdir - ali məktəbin
yeni binasının təntənəli təməlqoyma
mərasimi keçirilmişdir.
MDU-nun Bakı filialının
rektoru professor Nərgiz
Paşayeva, Rusiyanın
təhsil və elm naziri Andrey Fursenko,
MDU-nun rektoru akademik
Viktor Sadovniçi mərasimə
toplaşanların alqış
sədaları altında
filialın gələcək
binasının və
tələbə şəhərciyinin
bünövrəsini qoymuşlar.
Andrey Fursenko mərasimə toplaşanlara
müraciətlə demişdir:
- Gələcək
binanın bünövrəsinə
ilk beton qarışığını
tökmək şərəfi
mənə nəsib olmuşdur. Bu gün
böyük hadisə
baş verir. MDU-nun öz filialları
hesabına genişlənməsi
bizi sevindirir. Mən Bakı filialının rektorunu təbrik edirəm, hamınızı
təbrik edirəm.
Güman
edirəm ki, lap yaxın vaxtlarda biz buraya bir də
gələndə artıq
bütün müasir
tələblərə cavab
verən tələbə
şəhərciyini görəcəyik.
Viktor Sadovniçi vurğulamışdır
ki, bu gün
baş verən çox mühüm hadisədir, çünki
Azərbaycanın gələcəyinin
təməli qoyulur. O, Nərgiz
Paşayevaya müraciətlə
demişdir: "Mən
bu mühüm hadisə münasibətilə
şəxsən sizi və sizin şəxsinizdə
bütün kollektivi təbrik edirəm. Biz əlimizdən gələni etməyə
çalışacağıq ki, sizin filial MDU-nun əsas binasına oxşasın".
Nərgiz Paşayeva
binanın təməlinin
qoyulmasında iştirak
edənlərə və
qonaqlara səmimi təşəkkürünü bildirərək demişdir:
- Bu gün
biz MDU-nun Bakı filialının
binasının təməlini
qoyduq. Gələcəkdə bu filial hamımıza
uğur və tərəqqi gətirəcəkdir.
Bu, mənim üçün
adi təməlqoyma deyil. Bu, bizim
dostluğumuzu və birliyimizi təcəssüm
etdirən rəmzdir.
İnanıram ki, bu möhtəşəm elm və
təhsil məbədində
həmişə dostluq
və birlik ab-havası olacaqdır.
Nərgiz Paşayeva və Viktor Sadovniçi tələbələrin
çoxsaylı suallarına
cavab vermiş, xatirə şəkli çəkdirmişlər.
Təməlqoyma mərasimində
AMEA-nın prezidenti
Mahmud Kərimov, Bakıdakı
ali məktəblərin
rektorları, Milli Məclisin deputatları,
elm xadimləri iştirak
etmişdir.
AzərTAc
Azərbaycan.-2009.-28 fevral.-S.4.