Rusiyada "Xocalıya
ədalət" beynəlxalq
kampaniyasına start verilmişdir
Fevralın 27-də Moskvadakı
"Bakı" kinoteatrında
Rusiya Azərbaycanlı
Gəncləri Təşkilatının
(AMOR) və Dialoq və Əməkdaşlıq
uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) təşkilatçılığı
ilə "Xocalıya
ədalət" beynəlxalq
kampaniyasının, həmçinin
kampaniyanın saytının
təqdimatı keçirilmişdir.
Tədbirin rəsmi
hissəsindən öncə
kinoteatrın foyesində
Dialoq və Əməkdaşlıq uğrunda
İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi
Leyla xanım Əliyevanın təşəbbüsü
ilə elan edilmiş "Xocalıya ədalət" kampaniyasının
plakatları, şamlardan
düzəlmiş Azərbaycan
xəritəsi kompozisiyası,
məktəbli uşaqların
rəsm sərgisi və "DUA" filmi nümayiş etdirilmişdir.
Təqdimat mərasimi Xocalı soyqırımı ilə
bağlı çəkilmiş
filmin nümayişi ilə başlamışdır.
Rusiya Azərbaycanlı
Gənclər Təşkilatının
prezidenti, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
rəhbəri, Dialoq və Əməkdaşlıq
uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi
Leyla xanım Əliyeva giriş sözü ilə çıxış edərək,
Rusiya gənclər təşkilatlarının və
Azərbaycan diasporunun
nümayəndələrinə kampaniyaya qoşulduqlarına
görə təşəkkürünü
bildirmişdir.
Leyla Əliyeva Xocalı faciəsinin müasir tariximizin ən qanlı səhifəsi olduğunu vurğulamış,
"Xocalıya ədalət"
kampaniyasının tarixi
ədalətə müsbət
təsir göstərəcəyini
bildirmişdir.
Sonra DƏ-İKGF-nin baş katibi
Elşad İskəndərov
kampaniyanın təqdimatını
etmişdir.
O, təşəbbüsün
əhəmiyyəti barədə
danışmış, kampaniyaya
20-dən artıq ölkədə
start verildiyini bildirmiş,
həmçinin kampaniyanın
məqsədləri və
nəzərdə tutulan
fəaliyyət formaları
haqqında məlumat vermişdir.
Kampaniyanın Rusiya üzrə yerli əlaqələndiricisi
Janna Krivolap kampaniyanın
saytını təqdim
etmişdir.
Tədbirdə yazıçı,
professor Yuri Pompeyev çıxış
edərək Xocalı
faciəsinin insanlığa
qarşı cinayət
olduğunu vurğulamış
və "Qarabağın
qanlı çanağı"
adlı kitabından söhbət açmışdır.
Sonda tədbir iştirakçıları
kampaniyanın bəyannaməsini
imzalamışlar.
Azərbaycan.-2009.-28 fevral.-S.4.