ABŞ konqresmeni Xocalı soyqırımı ilə bağlı bəyanat vermişdir

 

ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun fəal üzvlərindən biri Ed Uitfild fevralın 26-da Xocalı faciəsinin 17-ci ildönümü ilə bağlı bəyanat vermişdir. Nümayəndələr Palatasında çıxış edən respublikaçı konqresmen gələcəkdə belə qətliamların təkrar olunmaması üçün həmkarlarını Xocalı faciəsi barədə öyrənməyə bu günü anan Amerika azərbaycanlılarına qoşulmağa çağırmışdır. O qeyd etmişdir ki, bu dəhşətli günü anmaq üçün Dialoq Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq məlumatlandırma kampaniyası başlanmışdır. Eyniadlı internet səhifəsindən çox lazımlı məlumatları öyrənmək olar.

Konqresmen Uitfild spiker Nensi Peloziyə müraciət edərək demişdir ki, 1992-ci il fevralın 26-da Azərbaycanın kiçik Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən təcavüzə məruz qalmışdır. Onlar şəhəri mühasirəyə alıb günahsız sakinlərə atəş açmışdılar. Bu qanlı hücum zamanı 2000 nəfərə yaxın insan - əsasən, qadın, uşaq yaşlı - amansızcasına qətlə yetirilmiş, yaralanmış ya erməni hərbi qüvvələri tərəfindən girov götürülmüşdür. Konqresmen bunu, Qafqaz Xəzər hövzəsinin müasir tarixində ən böyük qırğın adlandırmışdır. O, "Hyuman Raytz Uotç" təşkilatı digər beynəlxalq müşahidəçilərin rəyinə istinadən, qırğının 366-cı rus motoatıcı alayının köməyi ilə erməni hərbi qüvvələri tərəfindən həyata keçirildiyini bəyan etmişdir. Bu cinayət nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 yaşlı həlak olmuş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin isə taleyi naməlumdur.

Cənab Uitfild daha sonra qeyd etmişdir ki, vaxtilə "Nyusuik" jurnalı yazırdı: "Ötən həftə Azərbaycan yenə sərdabaya bənzəyirdi: matəm içində olan qaçqınlar tanınmaz hala salınmış onlarla cəsədlər məscidin arxasında quraşdırılmış meyitxanaya gətirilmişdir. Onlar fevralın 25-26-da erməni qüvvələrinin hücumuna məruz qalmış Dağlıq Qarabağın Xocalı şəhərinin adi azərbaycanlı kişiləri, qadınları uşaqları idi. Çoxlarına can qurtarmaq istəyərkən yaxın məsafədən atəş açılmış, bəzilərinin üzləri eybəcər hala salınmış, digərlərinin isə başlarının dərisi soyulmuşdur".

Amerikalı qanunverici təəssüflə bildirmişdir ki, Xocalı vəhşi qəddarlığın yalnız birinci nümunəsi idi. Xocalıda göstərilən görünməmiş amansızlıq vəhşilik erməni qüvvələrinin müharibənin sonuna qədər dağıdıcı etnik təmizləmə üslubuna çevrilmişdir. 1993-cü il noyabrın 29-da "Nyusik" jurnalı yüksək səviyyəli ABŞ hökumət rəsmisinə istinad edərək yazırdı ki, "hazırda gördüklərimiz ermənilərin qarşısına çıxan hər bir kəndin sistematik dağıdılmasıdır. Bu, barbarlıqdır".

 

 

Şəfəq Akifqızı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.-2009.-28 fevral.-S.6.