Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Pakistana dəvət edilmişdir
Azərbaycanın Pakistandakı
səfirliyindən bildirmişlər
ki, ADA-nın bu ölkədə təbliği, habelə Azərbaycanın regionda oynadığı aparıcı
rolu barədə mühazirələr oxumaq
məqsədi daşıyan
səfər çərçivəsində
Pakistan Xarici Xidmət
Akademiyasının baş
direktoru xanım Nəsrin Fouziyyə və akademiyanın
professor-müəllim heyəti
ilə görüş
olmuşdur.
Görüşdə T.Ziyadov
Azərbaycan Diplomatik Akademiyası, onun təhsil və tədqiqat imkanları barədə ətraflı
təqdimatla çıxış
etmiş, ADA-nın Pakistandan və Əfqanıstandan iki tələbəni magistraturada
davamlı əsasda ödənişsiz təhsil
almağa dəvət
etdiyini bildirmişdir.
Xanım Nəsrin
Fouziyyə bu addımı yüksək
qiymətləndirmiş, Pakistan Xarici Xidmət Akademiyası ilə tanışlıq və akademiyalar arasında əməkdaşlıq imkanlarının
müzakirəsi məqsədilə
Azərbaycan xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayevi Pakistana səfərə dəvət etmişdir.
T.Ziyadov Pakistan Regional Tədqiqatlar İnstitutunda,
Pakistanın ən nüfuzlu təhsil ocaqlarından olan Qaidi Əzəm Universitetində, Preston Universitetində,
Pakistan Strateji Araşdırmalar
İnstitutunda görüşlər
keçirmiş, ADA-nın
təhsil və tədqiqat imkanları barədə ətraflı
məlumat vermiş, Azərbaycanın regionda və Avropanın enerji təhlükəsizliyində
oynadığı mühüm
rolundan, irimiqyaslı enerji layihələrindən
bəhs edən "Xəzər regionunun strateji rolu: Azərbaycandan baxış"
mövzusunda mühazirə
oxumuşdur.
Görüşlər Azərbaycanın Pakistandakı
səfirliyi tərəfindən
təşkil edilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-1 mart.-S.2.