Qırğızıstan Elmlər Akademiyası Manasşünaslıq Milli Mərkəzinin "Ədəbiyyat incəsənət məsələləri" jurnalının birinci nömrəsi Azərbaycan-Qırğızıstan dostluğuna həsr edilmişdir

 

Qırğızıstan Elmlər Akademiyası Manasşünaslıq Milli Mərkəzinin "Ədəbiyyat İncəsənət məsələləri" jurnalının builki birinci nömrəsi Azərbaycan-Qırğızıstan dostluğuna həsr edilmişdir.

Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək İctimai Fondunun köməyi ilə çap edilən jurnalda tarix elmləri doktoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun "Ümummilli lider Heydər Əliyev XX əsrin ikinci yarısında Azərbaycan" adlı geniş məqaləsi, həmçinin qırğız akademiki Turar Koyçuyevin ulu öndərə həsr olunmuş "Heydər Əliyevin beş zirvəsi" materialı verilmişdir. Nəşrdə Yaqub Mahmudovun "Azərbaycanlılar" məqaləsi çap edilmişdir.

Jurnalda akademik Askar Kakeevin "Akademik Ramiz Mehdiyevin əsərlərinə elmi baxış", professor Jolbor Jorobekovun "Akademik Ramiz Mehdiyevin əsərlərində modernləşdirmə kursu - zamanın tələbi" məqalələri dərc edilmişdir.

Nəşrdə Bakı Dövlət Universitetinin professoru Aqil Hacıyevin "Mir Cəlalın yaradıcılığında Qərb rus ədəbiyyatı", filologiya elmləri namizədləri Şarapat İskəndərova Səule Eqimbayevanın "Mir Cəlalın "Bir gəncin manifesti" romanı haqqında" məqalələri yer almışdır.

"Ədəbiyyat incəsənət məsələləri"nin bu nömrəsində görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin qırğız yazıçısı Çingiz Aytmatov haqqında məqaləsi çap edilmişdir.

 

 

Qulu Kəngərli

AzərTAc-ın xüsusi müxbiri

Bişkek

 

Azərbaycan.-2009.-1 mart.-S.2.