İstanbul Aydın Universitetində "Heydər Əliyev Azərbaycanın neft strategiyası" mövzusunda konfrans keçirilmişdir

 

Fevralın 28-də Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü ilə İstanbul Aydın Universitetində "Heydər Əliyev Azərbaycanın neft strategiyası" mövzusunda konfrans keçirilmişdir.

Türk dünyasının dahi şəxsiyyəti olan Heydər Əliyevin neft strategiyası misilsiz xidmətlərindən ətraflı bəhs edən baş konsul Səyyad Aran bildirmişdir ki, məhz xalqımızın ümummilli liderinin uzaqgörənliyi yorulmaz fəaliyyəti ölkəmizi ötən əsrin 90-cı illərinin ortalarında iqtisadi böhrandan qurtarmış dünyada iqtisadiyyatı ən dinamik inkişaf edən dövlətə çevirmişdir. Ulu öndərimiz bütün nəhəng enerji kommunikasiya layihələrini qardaş Türkiyə ilə birlikdə həyata keçirmişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz Bakı-Tbilisi-Qars dəmiryolu layihələri xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir. Apreldə Bakı-Tbilisi-Qars dəmiryolunun Türkiyə hissəsinin tikintisinin başa çatması ilə Böyük İpək yolu yenidən canlanacaqdır.

Konfransda çıxış edən Milli Məclisin deputatı Gülər Əhmədova ermənilərin Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi vəhşi qətliamdan bəhs etmişdir. Bildirmişdir ki, Xocalıda qətlə yetirilənlərin yeganə "günahı" onların türk olmaları idi. Biz bundan sonra da bu "günahı" qürurla daşıyacağıq.

Sonra İstanbul Aydın Universitetinin rektoru, professor Salih Çelikkale Səyyad Aran Gülər Əhmədovaya xatirə hədiyyəsi təqdim etmişdir.

Konfrans iştirakçılarına Heydər Əliyev Fondunun hazırladığı, Xocalı soyqırımını əks etdirən film nümayiş etdirilmişdir. Müəllim tələbələrə Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun hazırladığı kitablar, bröşürlər paylanmışdır.

 

 

Oqtay Bayramov

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.-2009.-1 mart.-S.3.