Azərbaycanda insan hüquqları etibarlı şəkildə qorunur

 

Azərbaycanda bütün sahələrdə olduğu kimi, insan hüquqlarının qorunmasında da intensiv inkişaf qeydə alınır. Artıq bu sahədə ölkəmizdə mükəmməl qanunverici baza da yaradılıb ki, bunu müvafiq beynəlxalq qurumlar da məmnuniyyətlə qarşılayır. Bütün bunlar isə son nəticədə ölkəmizdə insan hüquqları ilə bağlı beynəlxalq təşkilatların, ayrı-ayrı xarici dövlət qurumlarının əsas etibarilə müsbət notlar üstündə köklənən mövqedən çıxış etməsinə səbəb olur.

ABŞ Dövlət Departamentinin 2008-ci ildə insan hüquqlarına dair hesabatından bir daha aydın olur ki, qeyd olunan sahədə Azərbaycanda təkmil qanunverici baza yaradılıb insan hüquqlarının qorunması sahəsində ölkəmizin nailiyyəti genişlənməkdədir. Hesabat ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları Əmək Bürosu tərəfindən hazırlanıb. Sənədin birinci bölümündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulur bildirilir ki, etnik erməni separatçıları hələ Ermənistanın dəstəyilə Azərbaycana məxsus Dağlıq Qarabağ regionunu ətrafda olan 7 rayonu işğal altında saxlamaqda davam edir: "Münaqişə nəticəsində yaranmış cəbhə xətti boyunca baş verən atışmalar nəticəsində 2008-ci il ərzində hər iki tərəfdən çoxsaylı tələfat qeydə alınıb" - deyə hesabatda vurğulanır.

Hesabatda qeyd olunur ki, Minaların Təmizlənməsi üzrə Milli Agentliyin məlumatına görə, 2007-ci ildə minalar 6 insanın həyatına son qoyub, 14 nəfər isə yaralanıb. 2008-ci il ərzində isə minalardan ölən şəxslərin sayı 10, yaralananların sayı 18 nəfər təşkil edib: "Ölənlərin 5-i, yaralananların 8-i mülki vətəndaş olub". Sənəd müəllifləri qeyd edir ki, ötən il ərzində Azərbaycanda siyasi motiv əsasında itkin düşmüş şəxs olmasa da, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşənlərin sayında artım baş verib: "Beynəlxalq Qırmızı Xaç Komitəsi Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşən insanlarla bağlı fəaliyyətini aktiv şəkildə davam etdirib belə insanların siyahısının dəqiqləşdirilməsi üçün hökumətlə işbirliyində olub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, ötən il ərzində itkin düşən insanların sayı 4416-dan 4478 nəfərə kimi artıb".

Hesabatda bildirilir ki, ölkə Konstitusiyası Cinayət Məcəlləsi işgəncələr verilməsini, qeyri-insanı zorakı davranışları qadağan edir belə hallara yol verənləri 10 ilə qədər həbs cəzası gözləyir: "Daxili İşlər Nazirliyi bildirir ki, insan hüquqları ilə bağlı sui-istifadə hallarına yol verdiyi üçün 2007-ci ildə 207 polis zabiti cəzalandırılıb, 6 polis zabiti isə cinayət məsuliyyətinə cəlb olunub". O da xüsusi olaraq vurğulanır ki, həbsxanalarda vəziyyətin öyrənilməsi üçün beynəlxalq yerli insan hüquqları qruplarının, o cümlədən ATƏT, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin müxtəlif həbsxanalara baş çəkməsinə icazə verilib.

Hesabatda qeyd olunur ki, Daxili İşlər Milli Təhlükəsizlik nazirlikləri ölkə daxilində təhlükəsizliyin təmin olunmasına cavabdehdirlər fəaliyyətləri barədə bilavasitə Prezidentə məruzə edirlər: "Qanun polisə 24 saat ərzində şəxsə xəbərdarlıq etmədən onu həbs etməyə icazə verir. Şəxs həbs olunduqdan dərhal sonra qanunvericiliklə vəkil tutmaq ya vəkillə təmin olunmaq hüququna malikdir". Dövlət Departamentinin hesabatında Prezident İlham Əliyev tərəfindən ötən il imzalanan əfv fərmanlarına da xüsusi diqqət yetirilir: "Martın 18-də Prezident İlham Əliyev 59 məhbusu əfv edib. Daha sonra avqustun 26-da Prezident İlham Əliyev daha 96 məhkumun əfv edilməsi barədə fərman imzalayıb". O da qeyd edilir ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ölkə vətəndaşları Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququna malikdirlər.

Hesabat müəllifləri bildirir ki, 2008-ci il ərzində ölkədə müxalifət partiyaları öz qəzetlərinin nəşrini davam etdirib, insan hüquqlarının müdafiəsi ilə məşğul olanlar onlardan qisas alına biləcəyi qorxusu olmadan fəaliyyət göstəriblər. O da xüsusi olaraq vurğulanır ki, qanunvericilik media üzərində senzuranın olmasına yol vermir, söz fikir azadlığını təmin edir.

Hesabatda bildirilir ki, xarici radioteleviziyaların verilişlərinin peyk vasitəsilə qəbul edilməsinə heç bir məhdudiyyət qoyulmayıb. Qeyd olunur ki, ötən ilin iyununda Seçki Məcəlləsinə edilən düzəlişlərdən sonra Prezident seçkisində iştirak edən namizədlər yenə radio televiziyada pulsuz çıxış etmək imkanına malik olublar. Həmçinin ona diqqət yetirilir ki, hakimiyyət internetə girişə məhdudiyyət qoymayıb, sadəcə, internet təchizatçılarından Rabitə İnformasiya Texnologiyaları Nazirliyindən müvafiq lisenziyalar almağı tələb edib.

Hesabatda vurğulanır ki, qanunvericilik ölkədə sərbəst toplaşmaq azadlığını təmin edir. Bu sahədə qanunlara edilən dəyişikliklər beynəlxalq standartlara uyğun olub. Dini azadlıqla bağlı da vəziyyətə diqqət yetirilən hesabatda həm Konstitusiya, həm digər qanunvericilik əsasında bu sahədə azadlığın təmin olunduğu qeyd edilir. O fakt da xüsusi vurğulanır ki, 2008-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 102 yeni qrup qeydiyyatdan keçib. Həmçinin belə qeydiyyatdan keçməyən bəzi qrupların da ölkədə fəaliyyətini davam etdirdiyi qeyd olunur. Dini tolerantlığın daha da möhkəmləndirilməsi istiqamətində hökumətin aktiv fəaliyyət göstərdiyi, ölkədə olan 15 minlik yəhudi icmasına qarşı hər hansı antisemitizm aktının qeydə alınmadığı vurğulanır.

Ötən il keçirilən prezident seçkiləri barəsində isə Dövlət Departamenti bildirir ki, ATƏT-in Seçki Müşahidə Missiyasının yekun hesabatında Azərbaycanın ATƏT öhdəliklərinin digər beynəlxalq standartların yerinə yetrilməsində ciddi irəliləyiş əldə etdiyi vurğulanır. Bildirilir ki, ötən ilin mayında Milli Məclis Seçki Məcəlləsinə Avropa Şurası ATƏT tərəfindən məmnunluqla qarşılanan əlavə dəyişikliklər edib. Bu, ilk növbədə seçicilərin barmağının mürəkkəbə batırılması, seçici siyahılarının şəffaflığı, rəsmi şəxslərin seçki prosesinə müdaxiləsinin qadağan edilməsi ilə bağlıdır. Mərkəzi Seçki Komissiyasının şəffaf effektiv fəaliyyət göstərməsi təqdir olunub. O da xatırlanır ki, ATƏT yekun hesabatında səsvermə məntəqələrinin 94 faizində prosesin "yaxşı" ya "çox yaxşı" olduğunu bildirib.

Hesabatda ölkədə korrupsiyaya qarşı da geniş mübarizə aparıldığı, hətta buna görə bəzi şəxslərin cinayət məsuliyyətinə cəlb olunduğu qeyd olunur. 2007-ci ilin iyul ayında isə hökumətin korrupsiya ilə mübarizə məqsədilə sayca ikinci milli strategiyanı qəbul etdiyi xatırlanır. Qadın uşaqların, eləcə etnik azlıqların hüquqlarının qorunması, insan alverinə qarşı mübarizədə Azərbaycanın ciddi nailiyyətlər əldə etdiyi bildirilir.

Beləliklə, qeyd edilənlər bir daha Azərbaycanın insan hüquqlarının qorunması sahəsində böyük uğurlar əldə etdiyini, bütün digər sferalarda olduğu kimi, bu sahədə dinamik inkişafın olduğunu göstərir.

 

 

Rasim Bayramov

 

Azərbaycan.-2009.-1 mart.-S.3.