Naxçıvan Dövlət Universiteti - MİNİLLİYİN UNİVERSİTETİ

 

 Naxçıvan Dövlət Universiteti milli təhsil tariximizə daha bir şanlı səhifə yazmışdır. Beynəlxalq Sosial Əməkdaşlıq Korporasiyasının "XXI yüzilliyin liderləri" Beynəlxalq imic proqramının qərarına əsasən elmin, təhsilin yeni texnologiyaların tətbiqinin inkişaf etdirilməsi sahəsindəki mühüm nəticələrinə görə Naxçıvan Dövlət Universiteti "Minilliyin universiteti" adlı beynəlxalq mükafata layiq görülmüşdür. Təqdimat zamanı adıçəkilən universitetin müasir texnologiyalardan səmərəli professional səviyyədə istifadə olunması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, qeyri-adi mütərəqqi layihələrin hazırlanması tətbiq olunması sahəsindəki nailiyyətləri əsas götürülmüşdür.

Bu beynəlxalq mükafata layiq görülən altı Avropa dörd MDB universitetləri sırasında Azərbaycanın öncül ali təhsil ocaqlarından olan Naxçıvan Dövlət Universitetinin yer alması iftixar fərəh doğurur. Rusiya Federasiyasının paytaxtı Moskva şəhərindəki "Prezident" otelində ali məktəblərə beynəlxaq mükafatların təqdimetmə mərasimində NDU-nun rektoru, akademik İsa Həbibbəyli iştirak etmişdir.

"Minilliyin universiteti" seçilməsi münasibətilə Naxçıvan Dövlət Universitetində təntənəli mərasim keçirilmişdir. Mərasimi giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli beynəlxalq mükafatın diplom sertifikatını, döş nişanını tərəqqinin, gəncliyin romantikanın rəmzi olan simvolik hədiyyəni nümayiş etdirərək hədsiz sevinc qürur hissini çoxsaylı universitet kollektivi ilə paylaşmışdır. Rektor möhkəm milli əsaslara malik olan, dövlətçilik təmayüllü, Avropa yönlü, müasir tipli ali məktəbin dünya universitetləri beynəlxalq səviyyəli elmi qurumlarla səmərəli əməkdaşlığından, elmi potensialından, informasiya-kommunikasiya texnologiyalarının tətbiqindəki müvəffəqiyyətlərindən ətraflı bəhs etmişdir.

Natiq qeyd etmişdir ki, bütün bunların nəticəsində Naxçıvan Dövlət Universiteti dünya miqyasında böyük nüfuz qazanmış, NATO, BMT, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlarla birgə layihələrin hazırlanmasına həyata keçirilməsinə cəlb edilmiş, Avropa Rektorlar Klubunun, bu günlərdə isə Asiya Universitetləri Assosiasiyasının üzvü seçilmiş, universitetin əməkdaşlarından 4 nəfəri Nyu-York Elmlər Akademiyasının, 1 nəfəri BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının, 2 nəfəri Beynəlxalq Turizm Akademiyasının üzvlüyünə qəbul olunmuşdur. Rektor vurğulamışdır ki, bu ali təhsil ocağı "Minilliyin universiteti" kimi mühüm beynəlxalq mükafata layiq görülərkən məhz beynəlxalq ictimai təşkilatların hesabatlarında öz əksini tapmış müvəffəqiyyətlər nəzərə alınmışdır. Akademik İsa Həbibbəyli bu nailiyyəti Azərbaycanda milli təhsilin inkişafına göstərilən dövlət qayğısının bəhrəsi kimi dəyərləndirərək elmin, təhsilin tərəqqisi istiqamətində daha parlaq qələbələr qazanmaq üçün qarşıda duran vəzifələrdən danışmışdır.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev həmkarlarını təbrik edərək universitetin regionda fundamental intellekt bazası olduğunu, ixtisaslı mütəxəssislərin, elmi kadrların hazırlanmasında mühüm rol oynadığını xatırladaraq birgə əməkdaşlıq çərçivəsindəki perspektiv planlardan danışmışdır.

Universitetin ilk müəllimlərindən olan filologiya elmləri doktoru, professor, prezident təqaüdçüsü Yavuz Axundlu universitetin keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq vaxtilə cəmi 3 ixtisas üzrə təhsil alan 105 tələbə 3 müəllim ilə fəaliyyətə başlayan bu ali məktəbin intibah dövrünü yaşadığını, dünya elminə uğurla inteqrasiya etdiyini söyləmiş, qazanılan uğurlarda universitet rəhbəri kimi elm, maarif fədaisi akademik İsa Həbibbəylinin əvəzsiz xidmətləri olduğunu bildirmişdir.

Universitet Tələbə Elmi Cəmiyyəti Şurasının sədri Aidə Cəlilzadə tələbələri bu nailiyyətdən ruhlanaraq bundan sonra da mükəmməl təhsil almaq, layiqli vətəndaş, peşəkar mütəxəssis kimi yetişmək üçün əzmkarlıq göstərməyə çağırmışdır.

Əlamətdar tədbirdə universitet əməkdaşlarından elmi tədqiqatlarına, səmərələşdirici ixtiralarına görə "İlin alimi" mükafatına layiq görülən alimlər təltif olunmuşdur. Qeyd edək ki, bu nominasiyanın humanitar elmlər üzrə qalibləri "Azərbaycan tarixi" kafedrasının müdiri, tarix elmləri namizədi, dosent Zəhmət Şahverdiyev, "Azərbaycan dilçiliyi" kafedrasının müdiri, filologiya elmləri doktoru Sevindik Vəliyev, dəqiq elmlər üzrə "Kimya" kafedrasının müdiri, kimya elmləri doktoru Tofiq Əliyev, kənd təsərrüfatı elmləri doktoru Əlövsət Quliyev seçilmişlər. Qaliblər çıxış edərək səmimi minnətdarlıqlarını çatdırmış, elmin, maarifin çiçəklənməsi üçün var qüvvələrini əsirgəməyəcəklərini söyləmişlər.

Mərasim İncəsənət fakültəsinin tələbələrinin Tələbə Teatr Studiyasının hazırladığı rəngarəng konsert proqramı ilə başa çatmışdır.

 

 

Mehriban Sultan,

NDU-nun mətbuat

şöbəsinin müdiri

 

Azərbaycan.-2009.-1 mart.-S.4.